• Təqvim

  • Maraq



Dövlət rəsmiləri “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində olublar


Azərbaycan Respublikası Preziden­tinin köməkçisi –Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhər­rəm ƏliyevAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən "Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşı­rıq­larının icra vəziyyəti yoxlanılıb, sərhədçilərin xidməti və yaşayış şə­raitləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqələrində düşmən ilə təmas xəttində xidmət aparan hərbi qulluqçular ilə görüşülüb.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastruk­turunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub, bu məqsədlə aparılan tikintilərə baxış keçirilib, Qa­zax Ra­yon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu isti­qamətdə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin qısa müddət ərzində realizəsi məsələləri müzakirə olunub.

"Qazax” əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti mü­şavirə keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının möh­kəm­ləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yük­səldilməsi istiqamətində zəruri tapşırıqlar verilib. 





 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi




Facebook-da paylaş