Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin ana xəttini təşkil edən vətəndaş amili Qazaxda da ön plana çəkilir. Görülən bütün işlərin kökündə vətəndaş mövqeyi, onların müraciəti dayanır. Bu gün tam əminliklə söyləyə bilərik ki, qazaxlılar ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrin Qazaxda da olduğu kimi icra olunmasının şahidi olur. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğısı necə vardısa, bu gün də elə davam edir. İstər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi,vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar bunun bariz nümunəsidir. Vətəndaşlara olan diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaş qəbulu yenidən bərpa olunub.
Martın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup vətəndaşı ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib.
Qazax şəhər sakinləri Yusubova Sevil Seroj qızının, Əliyeva Yeganə Telman qızının, Məmmədova Sevil Dəvriz qızının, Məmmədova Yeqana Rusdam qızının, Məhərrəmov Adil Bayraməli oğlunun, Yusifov Ayaz Məmməd oğlunun, İsaqov Yaqub Məmməd oğlunun, Daş Salahlı kənd sakini, şəhid anası Cəbiyeva Suraya Məmməd qızının, Orta Salahlı kənd sakini Murğuzov Səxavət Nəbi oğlunun, Dəmirçilər kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Xəlilov Habil Ələsgər oğlunun, Yuxarı Salahlı kənd sakini Namazov Elbəy Məmməd oğlunun, Qarapapaq kənd sakini Xasməmmədli Arzuman Yunis oğlunun, Xanlıqlar kənd sakini Məmmədov Teymur Fariz oğlunun müraciətlərini dinləyib. Vətəndaşların işlə, sığınacaqla təmin olunma, müalicə və təmir üçün köməklik edilməsi, eləcə də digər müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş