• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Biz Azərbaycan xalqı fəxr edirik ki, Sizin kimi Liderimiz var”


Ceyhun Rəhimovdan,

Hörmətli cənab Prezident,

Sizin məqsədyönlü dövlət siyasətiniz nəticəsində Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir. Bu diqqət və qayğı Qazaxda da daim hiss olunur. Vətən fədailərinin əziz xatirəsi rayonda hər zaman uca tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.

Biz Azərbaycan xalqı fəxr edirik ki, Sizin kimi Liderimiz var. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısısınız.

Allah Sizi qorusun.

Hörmətlə,

Rəhimov Ceyhun Faiq oğlu,

II qrup Qarabağ müharibəsi əlili,

Azərbaycan Respublikası, Qazax rayonu, Bala Cəfərli kəndi

1 mart 2022-ci il



Facebook-da paylaş