Qazaxda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə tədbir keçirilib
Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli-mənəvi dəyərlərimizə
hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir.
31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür.Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31
dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi onun Azərbaycanda
millət quruculuğuna töhfəsi idi. Əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
qeyd olunub. Dekabrın 30-da Qazax
Rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın xüsusi
karantin rejimi ilə bağlı tələbləri nəzərə alınmaqla tədbir keçirilib. Mədəniyyət Mərkəzinin
qarşısında keçirilən bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Məmməd Alıyev, müavin-İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova,icra aparatının məsul işçiləri, Rayon Prokuroru Rauf
Gözəlov, Polis Şöbəsinin rəisi Sənan
Əsədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov, Ağstafa Regional Mədəniyyət
İdarəsinin rəisi vəzifəsini m.i.e. Adil Həsənov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon
filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, idarə, müəssisələrin rəhbərləri,
təhsil, mədəniyyət işçiləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, ziyalılar, ictimaiyyət nümayəndələri
iştirak ediblər. Tədbirin aparıcısı Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca bayram tədbirini açıq elan edərək qonaqları 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, səmimi ürək sözlərini
çatdırıb. Bu gün Azərbaycan xalqının əlamətdar
bayramları qalib ölkənin vətəndaşları olaraq qeyd etdiyimizi bildirib. 44
günlük Vətən müharibəsində dünyanın qibtə etdiyi bir mübarizlik göstərdiyimizi,
ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, Ali Baş Komandanın
dediyi kimi, dəmir yumruq olaraq düşmənin başını əzdiyimizi bir daha diqqətə
çatdırıb. Bugünkü bayramı qalib ölkə vətəndaşları olaraq qeyd ediriksə, buna
görə Müzəffər Ali Baş Komandana, Azərbaycanın qüdrətli ordusuna, Azərbaycanın mərd,
cəsur, igid oğullarına, Vətən uğrunda canını fəda edən şəhidlərimizə,
sağlamlığını torpaqlarımızın bütövlüyü naminə itirən qazilərimizə borclu
olduğumuzu vurğulayıb. Bütün şəhidlərimizi ehtiramla yad edərək Uca Tanrıdan
onlara rəhmət, qazilərimizə Allahdan şəfa diləyib. Yola saldığımız
2021-ci ilin ölkəmiz üçün ən uğurlu illərdən biri olduğunu, dünya klassikasının
banilərindən sayılan böyük Nizaminin 880 illiyi münasibətilə 2021-ci ilin "Nizami
ili" elan edildiyini, düşmən tapdağından azad edilmiş cənnət Qarabağda
quruculuq işlərinə başlanıldığını, Azərbaycanın mədəniyyət paytaxtı elan
edilmiş Şuşada quruculuq işlərinin sona çatdırılmaqda olduğunu qeyd edib. Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə dəfələrlə
Qarabağa tarixi səfərlərin təşkil edildiyini, "Vaqif poeziya günləri”nin, "Xarı
bülbül” musiqi festivalının keçirildiyini, Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Erdoğanla birlikdə "Şuşa bəyannaməsi”nin imzalanmasını yola saldığımızın
ilin uğurları kimi qürurla səsləndirib. Yola saldığımız ilin
doğma Qazaxımız üçün də uğurlu il olduğunu qeyd edən aparıcı ölkə Prezidentinin
tövsiyə və tapşırıqlarının yerinə yetirilməsində güc və bacarığını əsirgəməyən
icra başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə bir sıra infrastruktur layihələrinin
icra edildiyini, rayonda genişmiqyaslı quruculuq işlərinin aparıldığını, şəhidlərimizin
adlarının əbədiləşdirilməsi üçün qarşıya qoyulmuş məqsədlərin uğurla yerinə
yetirildiyini, qazilərimizin qayğılarının həmişə diqqət mərkəzində saxlanıldığını
vurğulayıb.
Qazax Rayon İcra
Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını icra başçısı Rəcəb
Babaşovun adından salamlayıb, səmimi ürək sözlərini və xoş arzularını çatdırıb.
M.Alıyev bildirib ki, bu gün xoşbəxt xalqıq ki, qarşıdan gələn 2022-ci ili, 31
Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qalib xalq olaraq qeyd edirik.
Qalib xalqın nümayəndəsi olaraq hər bir ölkə vətəndaşı Müzəffər Ali Baş
Komandan İlham Əliyevə, Vətənin ərazi bütövlüyünü canından əziz tutan şəhidlərimizə,
sağlamlığını torpaq üçün itirən qazilərimizə minnətdarıq. Bugünkü günə görə şəhidlərimizə,
onların ailələrinə borcluyuq, onların və ailələrinin qarşısında baş əyirik. 2021-ci ilin rayon üçün məhsuldar bir il olduğunu
qeyd edən M.Alıyev bu ilin həm də tikinti-quruculuq ili kimi yaddaşlara yazıldığını
bildirib. Son illər respublikamızda ölkə Prezidenti İlham
Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğının
Qazaxda da yüksək səviyyədə hiss olunduğunu vurğulayıb. Rayonda dövlət
tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı
təmirinin və ya tikintisinin salınmasını göstərib. Cari ildə Heydər Əliyev
Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220
şagird yerlik yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi
tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün
180 şagird yerlik yeni binanın inşa edilməsini Qazaxda təhsil sahəsinə olan
yüksək dövlət qayğısı kimi qeyd edib. Ölkə
başçısı tərəfindən yararsız halda olan Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında
imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncamı dövlətin Qazaxda təhsil
sahəsinə olan qayğısının davamı kimi qeyd edib. Hazırda Təhsil Nazirliyi
tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşasına
start verildiyini söyləyib. ADA Universitetinin "Bir müəllimin manifesti”
təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının
binasını bərpa etməsini hər bir qazaxlı tərəfindən sonsuz minnətdarlıq hissi
ilə qarşılandığını vurğulayıb. Vaxtilə Firudin bəy Köçərlinin misilsiz
çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının
bərpasını, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan
aldığımız milli qürurumuzun bərpası kimi qiymətləndirib. Bu nümunəvi təşəbbüsə
görə ölkə başçısına, Birinci vitse-prezidentə, ADA Universitetinin rektoru,
səfir Hafiz Paşayevə və əməyi keçən insanlara bir daha minnətdarlığını ifadə edib. M.Alıyev sonda bir daha əlamətdar bayram münasibətilə
xalqımızı, rayon sakinlərini təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi
naminə gələcək işlərində yeni nailiyyətlər arzulayıb. "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək 31 Dekabr
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir
iştirakçılarını səmimi qəlbdən təbrik edib. 44 günlük Vətən müharibəsindən söz
açan natiq torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin
ruhu qarşısında baş əydiyini, igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini
söyləyib.Ölkə Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə, qazilərə,
veteranlara göstərilən diqqət və qayğıdan danışan X.Balayev son günlər şəhid
ailələrinin, müharibə əlillərinin sosial məişət şəraitinin, maddi rifah halının
yaxşılaşdırılması üçün imzalanan Fərman və Sərəncamları qeyd edib. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət
xadimi, şair Barat Vüsal çıxış edərək Müzəffər
Ali Baş Komandan başda olmaqla xalqımızı, bütün dünya azərbaycanlılarını, rayon
rəhbərliyini tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik
edib, yazdığı "Yallı” şeiri ilə xoş sözlərini çatdırıb. Sonra 31 Dekabr - Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunmuş tədbir
konsert proqramı ilə davam etdirilib. Səhnəyə yeni il şənliklərinin
personajı olan Şaxta baba və Qar qızın gəlməsi tədbir iştirakçılarına, xüsusilə
də uşaqlara xoş anlar bəxş edib. Gənc ifaçılar Ramal
Balacanovun, Lalə Əliyevanın, Tural
Bayramovun, Bünövrə Bənnayevin, Asif Həsənovun, İlkin Hacalıyevin, Rauf Namazovun
bir-birindən şən mahnıları tədbirə xoş ovqat qatıb. Gənc aşıqlar Samir Cəlaloğlunun, Şahin Süleymanovun və Ruslanın sazda etdikləri
gözəl saz havası da alqışlarla qarşılanıb. 31 Dekabr - Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə keçirilən tədbir "Yaşa Azərbaycan!” mahnısının sədaları altında xoş əhval-ruhiyyə
ilə başa çatıb. GOYEZEN.AZ
Facebook-da paylaş