• Təqvim

  • Maraq



Qazaxda “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib


Dekabrın 23-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının təşkilatçılığı ilə "Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyəti ehtiramla anıblar.



Sonra Qazax Gənclər Evinin akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.


YAP Qazax Rayon Təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. H.Pənahov Prezident İlham Əliyevin rəhbərliyi ilə 18 ildə ölkəmizdə görülən işlərdən, qazanılan uğurlardan söz açıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyası möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə köklü dəyişikliklər baş verib, xalqın rifah halı xeyli yaxşılaşıb. 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycanın dünyadakı rolu yüksəlib. Daxili və xarici siyasət kursumuzda möhtəşəm uğurlara imza atılıb. Geniş abadlıq və quruculuq işləri aparılıb. Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olunub. Milli sahibkarlıq formalaşıb və inkişaf edib, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halı yüksəldilib.


Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək iştirakçıları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticələri göz önündədir. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artırılması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, torpaq, Vətən sevgisinin böyüklüyü fonunda 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı bir daha yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. M.Alıyev qeyd edib ki, bu gün hər bir azərbaycanlı fəxr edə bilər ki, Ulu Öndər Heydər Əliyevin 1993–cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı məqsədyönlü, düşünülmüş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan Vətən müharibəsində də Böyük Zəfər qazandı. Müstəqil Azərbaycan dövlətinin erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən söz açan M.Alıyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun bu Qələbəni Azərbaycan xalqına yaşatdığını bildirib. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlının Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edib, qürur duyduğunu vurğulayıb. Bu gün hər birimizin fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdar olduğumuzu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və rayon rəhbərliyinin Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, onların ailə üzvlərinə göstərdikləri qayğının hər kəs üçün nümunə olduğunu söyləyib. Bu amilin Qazaxda da hər zaman əsas götürüldüyünü vurğulayıb.

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Azərbaycan Yazıçılar Birliyi Qazax Zona bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi, tapşırıqları ilə görülən işlərin, həyata keçirilən layihələrin Azərbaycanın simasını köklü şəkildə dəyişdiyini, regionun qüdrətli ölkəsinə çevirdiyini qeyd ediblər. Ümummilli Lider Heydər Əliyevin siyasi kusunun davamçısı kimi İlham Əliyevin uzaqgörən siyasəti və güclü iradəsi sayəsində Azərbaycanın sürətlə inkişaf etməsini, xüsusilə də işğaldan azad olunan torpaqlarımızda bütün sahələri əhatə edən dinamik inkişafı qürurla səsləndiriblər.

YAP Qazax Rayon Təşkilatının sədri səlahiyyətlərini icra edən Həmid Pənahov tədbirə yekun vuraraq sonda bir daha tədbir iştirakçıları və ziyalılar adından ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gələcək işlərində uğurlar arzulayıb.





GOYEZEN.AZ



Facebook-da paylaş