Qazaxda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub - YENİLƏNƏCƏK
Azərbaycan tarix boyu bəşəriyyətə böyük dühalar bəxş edib.
Xalqımızın Ulu Öndəri Heydər Əliyev bu şəxsiyyətlərin sırasında ən uca
zirvələrdən birində qərar tutub. Uca zirvələr uzaqdan daha aydın göründüyü
kimi, Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü də illər ötdükcə daha
dərindən dərk olunur. Buna mütənasib olaraq xalqın öz dahi oğluna məhəbbət və
ehtiramı da artır. Xalqımızın Ulu Öndəri
Heydər Əliyevin cismani yoxluğundan 18 il ötür. Bu illər ərzində həyatımızda
çox şey dəyişib. Ötən müddət ərzində baş verən inkişaf ildən-ilə gözəlləşən
Bakının və regionlarımızın simasında aydın görünür. Azərbaycanın təşəbbüsü və
birbaşa iştirakı ilə qlobal energetika və nəqliyyat layihələri həyata keçirilir,
vaxtilə xəyal hesab edilənlər reallığa çevrilir. Vətəni və xalqı qarşısında
misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşamaqda, gələcəyə
aparan yolumuzu işıqlandırmaqdadır. Bu gün
Ümummilli Liderin vəfatından 18 il keçməsinə baxmayaraq Heydər Əliyev
şəxsiyyətinin əzəməti və böyüklüyü illər ötdükcə daha dərindən dərk olunur. Vəfatından
sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini
yadda saxlayır və yaşadır. Ulu Öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə
hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki qeyri-adi şəxsiyyəti,
siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik
lider olan bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin
yaddaşında əbədiləşmiş, canlı əfsanəyə çevrilmiş ən böyük azərbaycanlıdır. Azərbaycan
xalqının öz dahi oğluna məhəbbət və ehtiramı ildən-ilə daha da artır. Çünki bu
gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıbsa,
səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilirsə, bayrağımız uca zirvələrdə
dalğalanırsa, bu, dahi şəxsiyyət Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti
nəticəsində mümkün olub. Respublikamızın
hər yerində olduğu kimi, Qazax rayonunda da ölkəmizdə elan
edilmiş xüsusi karantin rejiminin tələblərinə və pandemiya qaydalarına əməl
edilməklə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər
Əliyevin anım günü qeyd edilib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ümummilli Lider Heydər
Əliyevin adını daşıyan parka gəlib, dahi şəxsiyyətin abidəsi önünə gül
dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib. İcra aparatının məsul
şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri, məktəb direktorları, ziyalılar Ulu Öndərin abidəsini ziyarət edib,
gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev
Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən
fotostendlərlə tanış olub, Ulu Öndərin ibrətamiz həyat yolundan bəhs edən
filmə baxıblar. Ümummilli Liderin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş