İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Müasir
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim,
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 18 il keçir. Dekabrın
12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri
Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident
İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın
Dövlət Himni səsləndirilib. Dövlətimizin
başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün
yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı
üzərinə gül dəstələri qoyublar. Tanınmış
dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad
edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Facebook-da paylaş