Qazaxda təhsil işçiləri ilə geniş tərkibdə müşavirə keçirilib YENİLƏNƏCƏK
Dekabrın 4-də Pandemiya qaydalarına uyğun olaraq Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində
fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə geniş tərkibdə
müşavirə keçirilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin, Təhsil Nazirliyi 6 saylı Ərazi
Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyevin, hüquq-mühafizə orqanları rəhbərlərinin, Rayon Təhsil Şöbəsi əməkdaşlarının, Bakı Dövlət Universiteti Qazax
filialının, Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin, Vüqar Süleymanov adına Qazax
Peşə liseyi rəhbərlərinin,məktəb direktorlarının,
direktor müavinlərininiştirakı ilə keçirilən
müşavirədə məktəblərdə dərsə davamiyyətin, nizam-intizamın, pandemiya
qaydalarına necə əməl olunmasının, narkomaniya ilə mübarizə sahəsində görülmüş
işlərin mövcud vəziyyəti geniş şəkildə müzakirə olunub. Qazax
Gənclər Evində keçirilən müşavirədə səslənən fikirlər, xüsusilə də
bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də şəffaflığın təmin olunması ilə
bağlı aparılan müzakirələr bir daha sübut edir ki, Qazaxda bu sahə daim nəzarətdə
olan və həssaslıqla yanaşılan bir sahədir.
Facebook-da paylaş