Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda təhsil işçiləri ilə geniş tərkibdə müşavirə keçirilib

Qazaxda təhsil işçiləri ilə geniş tərkibdə müşavirə keçirilib


4-12-2021, 15:21


Dekabrın 4-də Pandemiya qaydalarına uyğun olaraq Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə geniş tərkibdə müşavirə keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin, Təhsil Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyevin, hüquq-mühafizə orqanları rəhbərlərinin, Rayon Təhsil Şöbəsi əməkdaşlarının, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, Vüqar Süleymanov adına Qazax Peşə liseyi rəhbərlərinin,məktəb direktorlarının, direktor müavinlərininiştirakı ilə keçirilən müşavirədə məktəblərdə dərsə davamiyyətin, nizam-intizamın, pandemiya qaydalarına necə əməl olunmasının, narkomaniya ilə mübarizə sahəsində görülmüş işlərin mövcud vəziyyəti geniş şəkildə müzakirə olunub.

Qazax Gənclər Evində keçirilən müşavirədə səslənən fikirlər, xüsusilə də bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də şəffaflığın təmin olunması ilə bağlı aparılan müzakirələr bir daha sübut edir ki, Qazaxda bu sahə daim nəzarətdə olan və həssaslıqla yanaşılan bir sahədir.















Geri qayıt