Qazaxda təhsil işçiləri ilə geniş tərkibdə müşavirə keçirilib
İyunun 30-da Pandemiya qaydalarına uyğun olaraq Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində
fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə geniş tərkibdə
müşavirə keçirilib. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin, Rayon
Təhsil Şöbəsinin əməkdaşlarının və məktəb direktorlarının iştirakı ilə
keçirilən müşavirədə son illər yüksək göstəricilər əldə etmiş məktəblər, eləcə
də bir sıra məktəblərdəki mövcud vəziyyət və nöqsanlara yol verilməsi halları
geniş şəkildəmüzakirə olunub. Qazax
şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən
müşavirədə səslənən fikirlər, xüsusilə də bütün sahələrdə olduğu kimi, təhsil
sahəsində də şəffaflığın təmin olunması ilə bağlı aparılan müzakirələr bir daha
sübut edir ki, Qazaxda bu sahə daim nəzarətdə olan və həssaslıqla yanaşılan bir
sahədir. Müşavirəni
giriş sözü ilə açan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Ölkəmizdə
təhsilin inkişafına böyük qayğı göstərildiyini qeyd edən icra başçısı ölkə Prezidenti
İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını,
Ulu Öndərin təhsil siyasətinin uğurla davam etdirildiyini söyləyib. Rayon
rəhbəri dövlət başçısı tərəfindən
ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən
məqsədyönlü tədbirlərin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsinin Qazaxda da uğurla icra olunduğunu
bildirib. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər
planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya
tikintisinin salınmasını bunun əyani sübutu kimi göstərib. İcra başçısı qeyd edib ki, son illər Heydər Əliyev Fondu tərəfindən
rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird
yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim
və şagirdlərin istifadəsinə verilməsi, yenə də Fond tərəfindən Şahnabad Nəsibova
adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa
olunması, Təhsil
Nazirliyi tərəfindən Səməd
Vurğun adına şəhər 2 nömərli tam orta məktəbin əsaslı
şəkildə yenidən qurulması, Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb
üçün 180 şagird yerlik yeni binanın tikilməsi gələcəyimiz olan uşaqlara
göstərilən dövlət qayğısıdır. Ölkə Prezidenti tərəfindən Mehdi
Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək
yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam
Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi
deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın
timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə
rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və
Birinci vitse-prezidentə minnətdarlığını bildirib. İcra başçısı təhsil sahəsinə göstərilən dövlət qayğısının öz bəhrəsini
verdiyini, rayon məktəblərində ildən-ilə yüksək göstəricilərin əldə edildiyini
diqqətə çatdırıb. Qazax
şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin, Qazax şəhər
Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin, Qazax şəhər İsmət
Qayıbov adına 3 nömrəli tam orta məktəbin, Qazax şəhər Firuddin Şamoyev adına 4
nömrəli tam orta məktəbin, Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin, Qazax rayon Araz Əmilov
adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin, Qazax rayon İslam Nəsibov
adına Aşağı Əskipara kənd tam orta məktəbin, Qazax rayon Abbasəli Məhərrəmov
adına Yuxarı Əskipara kənd tam orta məktəbin kollektivlərinin onlara
göstərilən qayğını layiqincə doğrultduqlarını bildirib.
İcra başçısı 2020-2021-ci tədris ilində keçirilən Olimpiadaların
nəticələri barədə məlumat verərək həmin olimpiadalarda bir sıra məktəblərimizin
əldə etdiyi uğuru ümumilikdə Qazax təhsilinin uğuru kimi qiymətləndirib. Qeyd
edib ki, 2021-ci ildə Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi
Tovuz şəhərində keçirilmişdir ki, Qazax rayonu üzrə 60 şagird bu mərhələdə
iştirak etmişdir. Onlardan 4 nəfəri yarımfinalda qalib gəlmiş və final mərhələsinə
vəsiqə qazanmışdır. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin
11-ci sinif şagirdi Məhərrəmov Nurlan Emin oğlu Tarix fənni üzrə Respublika mərhələsində
II yeri tutmuşdur. Məktəbin 10-cu sinif şagirdi Ayralov Məhəmmədəli Sarı oğlu
isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Texniki
Universitetin keçirdiyi "Gələcəyin mühəndisi-2” olimpiadasında III yerə layiq
görülmüşdür. Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta
məktəbin 11-ci sinif şagirdi Göyüşova Xəyalə Nadir qızı Biologiya fənni
üzrə Respublika mərhələsində III yeri qazanmışdır. 2020-2021-ci tədris ilində
Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın ən yaxşı ümumtəhsil məktəbləri sırasınaQazax şəhər Səlim Əfəndiyev
adına 1 nömrəli tam orta məktəb və Qazax rayon Abbasəli Məhərrəmov
adına Yuxarı Əskipara kənd tam orta məktəbləri daxil edilmişdir. Bütün
bu uğur və nailiyyətlərin arxasında ölkə rəhbərinin təhsil sahəsinə olan yüksək
diqqət və qayğısının dayandığını söyləyən icra başçısı bütün məktəblərin belə yüksək
göstəricilərinin olmasını arzu edib. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin rəhbər
vəzifəli şəxsləri qəbul edərkən dövlət məmurları haqqında söylədiyi fikirlərin,
ölkədə bütün sahələr üzrə şəffaflığın təmin olunması sahəsində verdiyi tapşırıq
və tövsiyələrin, göstərişlərin Qazax rayonunda da prioritet istiqamətlərdən
birini təşkil etdiyini qeyd edib. Dövlət başçısının ölkəmizdə bütün sahələr
üzrə şəffaflığın təmin olunması sahəsində verdiyi tapşırıqların bu gün
respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda ən vacib məsələ kimi
daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Rayon
rəhbəri ölkəmizdə şəffaflığın təmin olunması istiqamətində aparılan mübarizə tədbirlərinin
Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini bildirib. Ölkə başçısının bu
sahədə barışmaz mövqeyinin hər zaman əldə rəhbər tutularaq şəffaflığın təmin
olunması sahəsində məqsədyönlü işlər görüldüyünü, ən əsası da şəffaflığın bütün
sahələri əhatə etdiyini qeyd edib. İcra başçısı son illər rayonda bütün sahələrdə
olduğu kimi, təhsil sahəsində də şəffaflığın təmin olunduğunu, vaxtilə mövcud
olan neqativ halların aradan qaldırıldığını vurğulayıb. İcra
başçısı qeyd edib ki, təhsil sahəsinə olan qayğının, ən əsası da şəffaflığın təmin
olunması sahəsində görülmüş işlərin əvəzində son dövrlər Qazax rayon Elşən
Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə baş vermiş neqativ hallar
və buna görə məktəb direktoru Abbas Carçıyevin tutduğu vəzifəsindən azad edilməsi
xoşagəlməz haldır. İcra
başçısı bildirib ki, bu gün dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss
ediriksə, bizim də üzərimizə bir məsuliyyət düşür ki, rayonda təhsilin keyfiyyətini
artırmaq, ən əsası da təhsil işçilərinə olan etimadı doğruldaraq bu sahədə olan
şəffaflığı təmin etməkdir. Ölkə rəhbərinin bu sahədə qarşıya qoyduğu məqsəd və
vəzifələrə daim dəstək olmaq, rayonda təhsil sahəsində bu günə qədər olan şəffaflığı
olduğu kimi qoruyaraq öz töhfəmizi verməkdir.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə
göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə, eləcə də
rayon rəhbəriyinə bütün təhsil işçiləri adından minnətdarlığını çatdırıb. N.Babanlı
13488 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1702 nəfər pedaqoji, 641 nəfər texniki
heyətin məşğul olduğunu bildirib. 1-11-ci siniflərdə 12428 nəfər, hazırlıq
qrupunda 1060 nəfər, 1-ci sinifdə 1318 nəfər, 11-ci sinifdə 718 nəfər, 9-cu
sinifdə isə 1056 nəfər şagirdin təhsil aldığını qeyd edib. Bu il ali və orta
ixtisas təhsil müəssisələrinə təqribən 560 nəfər şagirdin sənəd verdiyini
vurğulayıb. 2020-2021-ci tədris ilində 11-ci sinifdə təhsil alan 20 nəfər, 9-cu
sinifdə təhsil alan 16 nəfər şagirdin fərqlənmə attestatı, eyni zamanda 11-ci
sinifdə təhsil alan 2 nəfər şagirdin xüsusi fərqləndiyi üçün qızıl nişan
alacağını vurğulayıb. N.Babanlı istər ölkə başçısının, istərsə də rayon rəhbərliyinin
verdiyi tapşırıq və tövsiyələrin bundan sonra da olduğu kimi icra ediləcəyini
qeyd edib. Xüsusilə də rayonda təhsil sahəsində olan şəffaflığın bundan sonra
da təmin olunacağını bildirib. Rayon rəhbərinin söylədiyi iradların haqlı və
yerində deyilən iradlar olduğunu qeyd edib. Səslənən fikirlərdən, bildirilən
iradlardan, verilən tapşırıq və tövsiyələrdən hər bir məktəb direktorunun nəticə
çıxarmalarını, üzərilərinə düşən məsuliyyəti dərk edərək deyilənlərə ciddi əməl
etmələrini söyləyib.
GOYEZEN.AZ
Facebook-da paylaş