• Təqvim

  • Unutma

  • Maraq



Kamran Nəbizadə və Firdovsi Umudov “Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı təmir olunan Qazax Müəllimlər Seminariyasında olublar


Dekabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonumuzda qonaq olan keçmiş deputat Kamran Nəbizadə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Şöhrət ordenli, Tərəqqi medallı "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksini ziyarət ediblər.

Rayon rəhbəri Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışaraq Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazıldığını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradıldığını, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulduğunu bildirib. 27 sentyabr Anım Günündə açılışı olan Abidə Kompleksinin Vətən, xalq, dövlət yolunda canını fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkana çevrildiyini qeyd edib.


Komplekslə tanış olan qonaqlar qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində yaradılan Abidə Kompleksini yüksək qiymətləndiriblər. Şəhidlərimizin adlarının yaşadılması üçün atılan nümunəvi addıma görə rayon rəhbərliyinə minnətdarlıq edib, təqdirəlayiq iş kimi dəyərləndiriblər.

Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edən qonaqlar igid Vətən oğullarının əziz xatirələrini ehtiramla anıb, onların xalqımızın qəlbində əbədi yaşayacaqlarını bildiriblər.

Daha sonra ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində əsaslı təmir olunan Qazax Müəllimlər Seminariyasında da olub, görülmüş işlərlə yaxından maraqlanıblar.

Görülmüş işlərlə tanış olan qonaqlar ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini bir qazaxlı olaraq sonsuz minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıblar. Vaxtilə Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpasını, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası kimi qiymətləndiriblər. Bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara bir daha minnətdarlıq ifadə olunub.










GOYEZEN.AZ



Facebook-da paylaş