Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin doğmalarına başsağlığı verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva rəsmi "İnstagram” səhifəsində Ermənistanın törətdiyi növbəti hərbi
təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş
hərbçilərimizlə bağlı paylaşım edib. Paylaşımda
deyilir: "Ermənistanın
törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı
həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə
başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların
ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı
Vətənimizi qorusun!”.
Facebook-da paylaş