Qazaxda icra başçısı qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüşüb
Gənclər Mərkəzində
keçirilən görüşdə Qazax RİH başçısı aparatının məsul işçiləri, Təhsil Nazirliyi 6 saylı Ərazi
Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Rayon Təhsil şöbəsinin əməkdaşları, Bakı Dövlət Universiteti Qazax
filialının, Qazax
Dövlət Sosial-iqtisadi Kollecinin müəllim kollektivi, məktəb direktorları, işçi qrupunun üzvləri,
"Əməkdar müəllim"lər və qabaqcıl təhsil işçiləri, 600-dən yüksək bal
toplayan tələbələlər, onların valideynləri, ibtidai sinif müəllimləri, sinif
rəhbərləri, KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər
Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük
ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini
özündə əks etdirən stendlərlə tanış olublar. Gənclər Mərkəzində davam etdirilən tədbirdə
öncə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq yüksək bal toplayaraq
ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və
valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları
müstəqil həyatda daha böyük uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik arzulayıb.
Rayon rəhbəri bugünkü görüşün istər müəllimlər, istərsə rayon ictimaiyyəti üçün
əlamətdar bir görüş olduğunu qeyd edib. Təhsil sahəsini toxunulmaz bir fond
kimi dəyərləndirən rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin və onun
layiqli davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban
Əliyevanın təhsil sahəsinə olan qayğısından danışıb.
İcra başçısı
bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən
Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu
vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına
xüsusi qayğı ilə yanaşmışdır. İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi
70-80-ci illərdə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik
etdiyi illərdə təhsil prioritet sahə olaraq diqqət mərkəzində olmuşdur. İcra
başçısı qeyd edib ki, həmin qayğı bu gün də hiss olunmaqdadır. Heydər Əliyev
siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də ölkədə
təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına
çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət
başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə
qəbul olunmuş Dövlət Proqramları bir daha onu sübut edir ki, bu gün təhsil
sahəsinə qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan
investisiyadır. Rayon rəhbəri
təhsil sahəsinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun
gördüyü işlərdən də söz açıb. Birinci vitse-prezident Mehriban Əliyevanın
qayğısı sayəsində Fondun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində respublikanın hər yerində olduğu kimi, rayonumuzda da təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb
binalarının inşası ilə bağlı görülən işlərdən danışıb. İcra başçısı
qeyd edib ki, rayonda dövlət tərəfindən
təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax
rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər
Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi çərçivəsində Qazaxda da yeni məktəb binaları inşa olunur. Ötən il
Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını
daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə
yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil
Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta
məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına
humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən
tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam dövlətin
Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. Hazırda Dövlət
Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova
adına Sarıvəlli kənd tam orta məktəbidir ki, bu
məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə
həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa
olunur. Demək olar ki, məktəbdə son tamamlanma işləri aparılır. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım
ilk gündən qarşıya bir məqsəd qoyuldu ki, o da rayonda təhsil sahəsinin ildən-ilə
inkişaf etdirilməsi oldu. İlk gündən çalışdıq ki, təhsil sahəsində əldə
etdiyimiz uğur və nailiyyətlərin göstəricisi həmişə yüksək olsun. Ən əsası isə
odur ki, bu istəyimizin reallaşması Qazaxda mümkün idi. Ona görə mümkün idi ki,
Qazax ziyalılar yurdudur. Bundan başqa, bu gün Qazaxda təhsil sahəsində tam şəffaflıqdır.
Son illər təhsil sahəsində qazanılan uğur və nailiyyətlərdən danışan rayon rəhbəri
istər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin yüksəldiyini
vurğulayıb. Rayon rəhbəri bildirib ki, təhsil sahəsinə göstərilən dövlət
qayğısını məzunlarımız da ən yüksək balI toplayaraq onlara olan etimadı
doğrultmağa çalışırlar. Bugünkü görüşdə iştirak edən məzunlarımızın əldə etdikləri
uğurlar bütün dediklərimizin bariz nümunəsidir. Bu gün həmin məzunlar bir daha
sübut etdilər ki, qazanılan hər bir uğurun arxasında böyük məsuliyyət dayanır.
Onlar öz məsuliyyətlərini dərk edərək Qazaxın, təhsil aldıqları məktəblərin, dərs
deyən müəllimlərin, ən əsası da valideynlərinin əməklərini itirmədilər. Öz
uğurları ilə hər birinin sevincinə səbəb oldular.
İcra başçısı təhsil sahəsinə göstərilən dövlət qayğısını doğruldan məktəblərin
adını qeyd edərək qəbul imtahanlarında yüksək nəticə göstərən həmin məktəblərə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta
məktəbi (80%), M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi (67,24), S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta
məktəbi (62,23%),F.Şamoyev adına şəhər 4
nömrəli tam orta məktəbi (61,29%), Ş.Nəsibova adına Sarıvəlli
kənd tam orta məktəbi (60%), S.Vurğun adına 2 nömrəli tam orta məktəbi
(58,62%), S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbi (58,33%), S.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbi
(57,14%), V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbi (54,28%), Aslanbəyli kənd tam orta məktəbi (50%), A.Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbi
(50%) nümunə göstərib. Son 3 tədris ilində məktəblər üzrə 600 baldan yuxarı
nəticələri qeyd edən icra başçısı S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta
məktəbi və M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi nümunəvi məktəblər kimi qeyd
edib. İcra
başçısı göstərilən diqqət və qayğını doğrultmayan məktəblərin də adlarını qeyd
edib. Qəbul imtahanlarında aşağı nəticə göstərən N.Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin
(28,57%), A.Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin (27,27%), A.Kəmərli
adına Kəmərli kənd tam orta məktəbin (25%), N.Vəliyev adına şəhər 5 nömrəli tam
orta məktəbin (24,24%),Ş.Çobanov adına Ağköynək
kənd tam orta məktəbin (24,13%), E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta
məktəbin (22,85%),Y.Mirzəyev adına Quşçu
Ayrım kənd tam orta məktəbin (20%), R.Mirzəliyev adına Alpout kənd tam orta
məktəbin (12,50%), A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin (12,18%),
M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin (0,00 %) adlarını təəssüf hissi qeyd
edən rayon rəhbəri həmin məktəblərin rəhbərlərinə iradlarını bildirərək növbəti
tədris ilində fəaliyyətlərində dönüş yaratmalarını qeyd edib. Qazax Rayon Təhsil şöbəsinin
müdiri Nizaməddin Babanlı çıxış edərək tələbə adını
qazanan bütün məzunları təbrik edib, xoş arzularını çatdırıb. "Bu gün dövlətimizin siyasətinin əsas strateji xəttini
təhsilin inkişafı təşkil edir”, - deyən N.Babanlı ölkə Prezidentinin öz
çıxışlarında "Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrini
təhsilə olan ən yüksək qayğı kimi qiymətləndirib. Gənclərə bu kapitalın onlar
olduğunu, xalqımızın öz gələcəyini onlar kimi savadlı, qabiliyyətli, bacarıqlı
gənclərə etibar etdiyini bildirib. Builki nəticələr barədə məlumat verən
N.Babanlı 2020-2021-ci tədris
ilində Qazax rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində 34 tam orta məktəb üzrə 718 nəfərin 11-ci sinifi bitirdiyini,
onlardan 560 nəfərin ali və orta ixtisas məktəblərinə keçirilən
imtahanlarda iştirak etmək üçün sənəd verdiyini bildirib. 362 nəfər ali təhsil müəssisələrinə
qəbul olmaq üçün keçid balını topladığını, 33 məktəb üzrə 320 nəfərin tələbə adını
qazandığını qeyd edib. Tələbələrdən 8 nəfərin 600 baldan, 46 nəfərin 500 baldan, 69 nəfərin 400 baldan, 79 nəfərin 300 baldan, 87 nəfəri 200 baldan, 31 nəfəri isə 100 baldan yuxarı nəticə göstərdiyini bildirib.
S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin sabiq direktoru,
hazırda təqaüdçü müəllim Bəsdi Ələkbərova çıxış edərək tələbə adını qazanan məzunları
təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Məktəbdə 790 nəfər şagirdin təlim-tərbiyəsi
ilə 76 nəfər müəllimin və 24 nəfər texniki işçinin məşğul olduğunu bildirib. Bu
tədris ilində 68 nəfər şagirdin 11-ci sinifi bitirdiyini, onlardan 62 nəfərin
ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdiyini qeyd
edib. 44 nəfər məzunun ali məktəblərə, 2 nəfərin tibb texnikumuna, 6 nəfərin isə
kolleclərə daxil olaraq tələbə adını qazandığını bildirib. 10 nəfər məzunun 500
baldan yuxarı nəticə göstərdiyini vurğulayıb. Məktəbin yüksək nəticə göstərən məzunları 675 bal
toplamış Mustafalı Səid Vüsal oğlunu və 664 bal toplamış Mirzəyeva Leyla İlham qızını
təbrik edərək onların timsalında tələbə adını daşıyan bütün məzunlara uğurlar
arzulayıb.
M.Hüseyn adına
humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək tədbir
iştirakçılarını salamlayıb, tələbə adını qazanan məzunlara səmimi ürək sözlərini
çatdırıb. Ötən ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsindən söz
açan T.Comərdova həmin müharibədə iştirak edən və tarix yazan oğulların
arasında məktəb-liseyin məzunlarının da olduğunu bildirib. Məktəb-liseyin məzunları
olmuş şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir İsmayılov
Tahir Niyazi oğlunun, baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, gizir
Abdullayev Sərxan Elxan oğlunun əziz xatirəsini ehtiramla yad edib. Məktəbin
məzunu olmuş Vətən müharibəsi iştirakçıları qazi Musayev Elfaq Sahib oğlunavə Tanrıverdiyev
Canpolad Ramiz oğluna cansağlığı arzu edib. Məktəbdə 6 nəfər şəhid
övladının təhsil aldığını, onlara daim diqqət və qayğı göstərildiyini bildirib.
Qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaəti gələcək nəsillərə,
məktəbdə təhsil alan şagirdlərə çatdırmağı rəhbərlik etdiyi məktəbin kollektivi
olaraq ən ümdə iş hesab etdiklərini söyləyib. 2020-2021-ci tədris ilində məktəbin
göstəriciləri barədə məlumat verən məktəb direktoru 910 nəfər şagirdin təhsil
aldığını qeyd edib. 67 nəfərin 9-cu sinifi bitirdiyini, onlardan 2 nəfərin fərqlənmə
attestatı aldığını bildirib. 58 nəfərin 11-ci sinifi bitirdiyini, onlardan 53 nəfərin
ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdiyini qeyd
edib. 49 nəfər məzunun tələbə adını qazandığını vurğulayıb. 674 bal toplamış Həsənov İlham Babək oğlunun və 643 bal
toplamış Vəlizadə Güllüzar Elşən qızının timsalında məktəbin tələbə adını
qazanan bütün məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb.
V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin direktoru Rauf Kazımov çıxış edərək ölkəmizdə təhsil
sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Birinci
vitse-prezidentə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Məktəb
direktoru qeyd edib ki, təhsil sahəsinə olan qayğının nəticəsidir ki, bu il məktəbi
bitirən 35 nəfər şagirddən 19 nəfəri ali məktəblərə, 3 nəfəri isə müxtəlif
kolleclərə daxil olaraq tələbə adını qazanıblar. 1 nəfər məzun Qurbanova Səma Mübariz qızı 610 bal
toplayaraq ona olan etimadı layiqincə doğruldub.
S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin
direktoru Murğuz Mustafayev çıxış edərək öz növbəsində bütün məzunları tələbə adı qazanmaları
münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Ulu Öndər
Heydər Əliyevin təhsil sahəsinə olan yüksək dövlət qayğısının bu gün ölkə
başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə
davam etdirildiyini bildirən məktəb direktoru rəhbərlik etdiyi məktəbin
timsalında nümunə göstərib. Məktəb binasının əsaslı şəkildə yenidən qurularaq 2019-cu
ilin fevralında müəllim və şagirdlərin istifadəsinə verilməsini dövlətin növbəti
qayğısı kimi qiymətləndirib. Yaradılan şəraitə və göstərilən qayğıya görə ölkə
başçısına, Birinci vitse-prezidentə müəllim-şagird kollektivi adından bir daha
minnətdarlığını bildirib. Məktəbin göstəriciləri barədə məlumat verən
M.Mustafayev 77 nəfər pedaqoji heyətin, 28 nəfər texniki heyətin şagirdlərin təlim-tərbiyəsi
ilə məşğul olduğunu bildirib. Hazırlıq qrupu ilə birlikdə 925 nəfər şagirdin məktəbdə
təhsil aldığını qeyd edib.
İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta
məktəbin direktoru Yaşar Əliyev çıxış edərək tələbə adını qazanan məzunlara
səmimi ürək sözlərini çatdırıb. Bu il məktəbi bitirən 8 nəfərin, ötən il bitirən
2 nəfərin tələbə adını qazandığını bildirib. Yeni tədris ilində məktəblərin
açılmasını müəllim-şagird kollektivi olaraq minnətdarlıq hissi ilə
qarşıladıqlarını qeyd edib. Tədrisin əyani formada əvvəlki tək aparılması üçün
müəllim və şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, xüsusi karantin
rejimi qaydalarına əməl etməyin hər bir vətəndaşın, o cümlədən də müəllimin
borcu olduğunu vurğulayıb. Şagirdləri 600 baldan yüksək nəticə göstərmiş sinif rəhbərləri və ibtidai sinif müəllimləri
də ürək sözlərini bölüşüblər.
S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin
tarix müəllimi Gülnarə Həsənova çıxış edərək qalib ölkənin qalib tələbələrini
səmimi qəlbdən təbrik edib. Sinif rəhbəri olduğu 21 nəfər şagirddən 19 nəfərin
tələbə adını qazanmasını qürur hissi ilə qeyd edib.
M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin İngilis dili müəllimi Leyla
Əhmədova da sinif rəhbəri olduğu 31 şagirddən 29 nəfərin ali məktəblərə qəbul imtahanlarında
iştirak etdiyini, onlardan 25 nəfərin tələbə adını qazanmalarına görə qürur
hissi keçirdiyini bildirib.
M.Hüseyn adına
humanitar və təbiət fənləri üzrə məktəb-liseyin ibtidai sinif müəllimi Könül
Hüseynova çıxış edərək bütün tələbələri təbrik edib. Qazanılan uğurun arxasında göstərilən
diqqət və qayğının dayandığını qeyd edib. Göstərilən qayğının hər bir müəllim və
şagirdin üzərinə böyük məsuliyyət hissi qoyduğunu söyləyib. Bu gün etimadı
doğruldan məzunlara gələcək həyatlarında bir daha uğurlar arzulayıb.
A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin ibtidai
sinif müəllimi Sevda Cəfərova çıxış edərək yüksək nəticə göstərərək ali məktəblərə
qəbul olan bütün məzunları təbrik edib. Təhsil sahəsinə, müəllimlərə verilən
yüksək dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi
Gülarə İmişova çıxış edərək təbriklərini çatdırıb. Əvvəlki illərdən fərqli olaraq builki tədris
ilinin fərqləndiyini qeyd edib. Qalib ölkənin vətəndaşları olaraq gələcək nəsillərə,
şagirdlərə qazandığımız tarixi Zəfərdən ürəkdolusu danışılacağını, artıq
torpaqlarımızın işğal günlərinin deyil, düşməndən azad olunduğu günlərin qürurla
çatdırılacağını bildirib.
Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi,
"Tərəqqi” medallı "Əməkdar müəllim" Xatın Hüseynxanova çıxış edərək təhsil sahəsinə
göstərilən qayğıya görə minnətdarlığını bildirib. Son illər rayonda aparılan
abadlıq işlərinə görə rayon rəhbərliyinə ziyalılar adından təşəkkürünü
çatdırıb.
675 bal toplamış S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin
məzunu Səid Mustafalı çıxış edərək müstəqil dövlətin vətəndaşı olduğu və belə bir ölkədə təhsil
aldığı üçün özünü xoşbəxt hesab etdiyini bildirib. Gənc olaraq Ali Baş
Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi
Qələbəyə görə şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu söyləyib. Tələbə
adını qazanan yoldaşlarını təbrik edib və uğurlar arzulayıb.
674 bal toplamış M.Hüseyn adına
humanitar və təbiət fənləri üzrə məktəb-liseyin məzunu İlham Həsənov çıxış edərək qalib ölkənin məzunu
olmaq şansını ona bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və qazilərimizə
minnətdarlığını bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan
xalqı öz birliyini, həmrəyliyini, gücünü bütün dünyaya nümayiş etdirdi. Qlobal
pandemiya və müharibənin təhsildən də təsirsiz ötüşmədiyini qeyd edən gənc tələbə
bütün çətinliklərə baxmayaraq oxuduğu məktəbin müəllim-şagird kollektivinin bu
işin öhdəsindən layiqincə gəldiyini, onlayn tədrisi uğurla davam etdirdiklərini
bildirib. "Bu gün həmin əziyyətin bəhrəsini görürəm və arzusunda olduğum Bakı
Dövlət Universitetinin tələbəsiyəm”, - deyən İ.Həsənov ona bu yolda kömək edən
müəllimlərinə, valideynlərinə, əziyyəti keçən insanlara minnətdarlıq etməyi də
unutmayıb.
620 bal toplamış A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin
məzunu Xəyalə Göyüşova çıxış edərək oxuduğu illərdə bir çox uğurları olsa da, bu il
qazandığı uğurunun onun üçün daha yaddaqalan olduğunu bildirib. Qazandığı
uğurun təkcə məktəbi, valideynləri üçün deyil, özü üçün də əlamətdar olduğunu
söyləyib. "Məktəbi qızıl medalla bitirmək mənim uşaqlıq arzum olub. Əvvəllər elə
bilirdim ki, bu arzu mənim üçün əlçatmazdır. Lakin qazandığım uğurla bir daha
anladım ki, insan qarşısına məqsəd qoyursa, sonda mütləq ona nail olur. Bu gün
biz çox şanslı məzunlarıq ki, şanlı Zəfər tariximizin canlı şahidləri olmuşuq”,
- deyən X.Göyüşova ölkəmizin tərəqqisi naminə gələcəyin öndə gedən həkimi
olacağına söz də verib. Tələbə yoldaşlarını təbrik edərək qarşıda onları daha
böyük nailiyyətlərin gözlədiyini bildirib. Təhsil sahəsinə göstərilən diqqət və
qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya, rayon rəhbərliyinə məzunlar olaraq minnətdarlıqlarını çatdırıblar.
İstər bu gün qazandıqları, istərsə də gələcəkdə əldə edəcəkləri nailiyyətlərdə
dövlətin onlara göstərdiyi qayğının böyük rolu olduğunu qeyd edən tələbələr gələcəkdə
də öz uğurlarını davam etdirəcəklərini söyləyiblər. Yüksək nəticə göstərmələrində
əməyi olan müəllimlərinə, valideynlərinə minnətdarlıq edən tələbələr bundan
sonrakı fəaliyyətlərində, təhsil aldıqları ali təhsil ocaqlarında həmişə
Qazaxın, oxuduqları məktəblərin adlarını daim yüksəkdə tutacaqlarına söz veriblər. Sonda rayon
üzrə 600-dən yuxarı bal toplayan tələbələrə gül dəstələri və pul mükafatı verilib. Məzunların
yüksək nəticə göstərmələrində əməyi olan sinif rəhbərlərinə, ibtidai sinif
müəllimlərinə, eləcə də təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup təhsil
işçisinə Qazax Rayon İcra Hakimiyyəti
başçısının Fəxri Fərmanları, gül dəstələri və hədiyyələr təqdim olunub. Fəxri Fərmanla
təltif olunan Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı,
müdir müavini Əziz Məmmədov, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbinsabiq direktoru,
təqaüdçü müəllim Bəsdi Ələkbərova, məktəbintarix müəllimi,
sinif rəhbəri Gülnarə Həsənova, N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin
direktoru Nəsibə Tağıyeva, məktəbin ibtidai sinif müəllimi Tahirə Qocayeva, riyaziyyat
müəllimi, sinif rəhbəri Kifayət Xasməmmədova, şəhər M.Hüseyn adına
Humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova,
məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi, sinif rəhbəri Nüşabə Yaqubova, ibtidai sinif müəllimi
Könül Hüseynova, İngilis dili müəllimi, sinif rəhbəri Leyla Əhmədova, ibtidai
sinif müəllimi Aygün Carçıyeva, A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam
orta məktəbin direktoru Söylü Xəlilova, məktəbin ibtidai sinif müəllimi Sevda Cəfərova, fizika müəllimi, sinif rəhbəri Yeganə
Nəbiyeva, V.Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin direktoru Rauf Kazımov,
məktəbin Coğrafiya müəllimi,
sinif rəhbəri Aygün Qurbanova, ibtidai sinif müəllimi Gülarə İmişova, Qaratel
Hacımahmudova adına şəhər ümumi orta məktəbin ibtidai sinif müəllimi Rəna Bayramova
onlara göstərilən qayğıya, verdiyi dəyərə görə rayon rəhbərinə minnətdarlıqlarını
bildiriblər. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir-görüşə yekun vuraraq bütün tələbələri bir daha
səmimi qəlbdən təbrik edib, gələcək işlərində böyük uğurlar arzulayıb. "Əziz
balalar, biz sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil alacağınız ali
məktəbdə rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız”, - deyən rayon
rəhbəri öz tövsiyələrini verib. Sentyabrın
16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul
imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşüb.
Facebook-da paylaş