• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində Azərbaycan dövlətinin uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb”


Pəri Teymurova və başqalarından, 

Əziz və hörmətli Prezident.

Məktubumuza Ulu Öndərimiz Heydər Əliyevin dəyərli sözləri ilə başlayırıq: "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur”.

Bu qayğının Siz və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilməsi bir daha sübut edir ki, həmin istiqamət artıq dövlətin qarşıya qoyduğu zəruri vəzifələrdən birinə çevrilib. Birinci xanım Mehriban Əliyevanın bununla bağlı həyata keçirdiyi nəcib missiya onu bütün Azərbaycan uşaqlarının ən yaxın dostuna və böyük himayədarına çevirib. Mehriban xanımın mərhəmət və humanistlik nümunəsi, milli-mənəvi dəyərlərimizin qorunmasındakı misilsiz fəaliyyəti Ümummilli Liderimizin ideyalarından bəhrələnir. Birinci xanım "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini rəhbər tutaraq çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək.

Cənab Müzəffər Ali Baş Komandan, Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində Azərbaycan dövlətinin uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Bu gün Sizin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyiniz tapşırıq və tövsiyələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. Rayonumuzda yeni uşaq bağçaları tikilir, mövcud bağçalar əsaslı şəkildə təmir olunur, müasir avadanlıqlarla təchiz edilir. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Pəri Teymurova

Günel Xəlilova

Aynurə Teymurova

Nərmin Novruzova

Reyhan Alıyeva

Nuriyyə Qasımova

Azərbaycan Respublikası, Qazax rayonu.

8 sentyabr 2021-ci il



Facebook-da paylaş