Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən uşaqlar gününə həsr olunmuş “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” başlıqlı onlayn tədbir keçirilib
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” başlıqlı onlayn tədbir keçirilib.
Zoom platforması üzərindən onlayn formatında keçirilən tədbirdə Mərkəzin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.
Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova tədbiri giriş sözü ilə açaraq uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını və səmimi ürək sözlərini çatdırıb. G.Rəhimova ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən söz açıb. Ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyi bu siyasətin artıq milli strategiya kimi formalaşdığını vurğulayıb. Ölkə başçısının və Birinci vitse-prezidentin gələcəyimiz olan uşaqlara göstərdikləri qayğının Qazax rayonunda da öz real əksini tapdığını, bu qayğını əldə rəhbər tutan rayon rəhbərliyinin uşaqları daim diqqətdə saxladığını bildirib. Rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulmasını uşaqlara olan qayğının bariz nümunəsi kimi qiymətləndirib. Mərkəzin kollektivi və dərnək üzvləri olaraq hər zaman Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qayğısını öz üzərilərində hiss etdiklərini və bütün bunlara görə minnətdar olduqlarını diqqətə çatdırıb. Uşaqları bir daha təbrik edən Mərkəzin direktoru onlara xoş, firəvan, sağlam həyat və parlaq gələcək arzulayıb.
Sonra söz dərnək üzvlərinə verilib. Uşaqlar Vətənə, anaya, şəhidlərə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar. Əl işlərini nümayiş etdirib, müxtəlif kompozisiyalar təqdim ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş