• Təqvim

  • Maraq



Ağköynək kənd sakinlərinin su ilə bağlı müraciəti müsbət həll olunacaq


Bu gün tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də hər bir dövlət məmurunun iş fəaliyyətinin əsasını təşkil edir. Həyata keçirilən bütün işlərdə, uğurla icra edilən layihələrdə vətəndaş məmnunluğuna önəm verilir ki, bu da qaldırılan məsələlərə operativ şəkildə baxılmasında, edilən müraciətlərin müsbət həll olunmasında özünü aydın şəkildə göstərir.

Bu gün Qazaxda da vətəndaş amili, sakinlərin mövqeyi  əsas götürülür. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

Ötən gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bir qrup Ağköynək kənd sakinlərinin yaşadıqları əraziyə su çəkilməsi ilə bağlı müraciətlərinə yerində baxması, qaldırılan məsələnin araşdırılması, həlli üçün mövcud imkanların öyrənilməsi və müsbət həll olunması istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlar verməsi barədə

məlumat vermişdik. Vətəndaşlara olan qayğının bariz nümunəsidir ki, sakinlərin qaldırdığı məsələ müsbət həll olunacaq, 100-dən çox ailənin yaşadığı əraziyə su xətti çəkiləcək.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, "Azərsu” ASC-nin nümayəndəsi İlham Quliyev, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Darvin Hüseynov, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin sahə rəisi Toğrul Nərimanov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov və digər aidiyyatı şəxslərlə birlikdə Ağköynək kəndində olub, vətəndaşların qaldırdığı məsələnin yaxın günlərdə həll olunacağını bildirib. Su xəttinin çəkilişi ilə bağlı müvafiq işlərin görüləcəyini və qısa vaxtda işlərə başlanılacağını qeyd edib.


"Hər bir dövlət məmurunun əsas vəzifəsi ölkə başçısının siz vətəndaşlara olan qayğısını çatdırmaq, hiss etdirmək, əməli işlərimizlə göstərməkdir , - deyən icra başçısı onlara göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini, edilən müraciətlərə həssaslıqla yanaşılacağını vurğulayıb. Görülmüş işlərin vətəndaş məmnunluğuna xidmət etdiyini söyləyib.

Kənd sakinlərindən Taleh Salehov və başqalarıçıxış edərək onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına, müsbət həlli üçün atılan addımlara görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ



Facebook-da paylaş