• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirəcək abidə kompleksinin inşası sürətlə davam etdirilir


Xəbər verdiyimiz kimi, artıq bir həftədir ki, Qazaxda 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarının adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, əziz xatirələrini əbədiləşdirmək məqsədilə abidə kompleksinin inşasına başlanılıb.

Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu abidə müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın adlarının əbədiləşdirilməsi istiqamətində görülən təqdirəlayiq işlərdən biridir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədən sonra inşa olunan bu abidə şəhidlərimizin ruhuna olan böyük hörmət və ehtiramın daha bir bariz nümunəsidir. Yaradılan abidə həm də qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addımlardan biridir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov abidə kompleksinin inşası ilə tanış olub, görülmüş işlərlə maraqlanıb.

Rayon rəhbərinə hörgü işlərinin yekunlaşmaq üzrə olduğu bildirilib. Görülmüş işlərlə yerində tanış olan icra başçısı işlərin sürətləndirilməsini bildirib və aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.






 

GOYEZEN.AZ



Facebook-da paylaş