İcra başçısı Mərkəzi bazarda sakinlərin qayğıları ilə maraqlanıb
Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən həyata
keçirilən layihələr, məqsədyönlü işlər, imzalanan çoxsaylı Fərman və
Sərəncamlar birbaşa vətəndaş amilinə xidmət edir, bütün sahələrdə vətəndaş məmnunluğu
əsas götürülür.
Ölkə
Prezidentinin çıxışları zamanı "Xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlara
diqqət və qayğı göstərmək hər bir dövlət məmurunun borcudur. Mən Prezident kimi
öz vəzifəmi xalqa xidmətdə görürəm” söyləməsi isə hər bir məmur üçün örnək və
nümunə olmalıdır.
Dövlət
başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr, sakinlərlə bağlı
atdığı nümunəvi addımlar Qazaxda da hiss olunur. Bunu son illər rayonda görülən işlərdən, həyata keçirilən
tədbirlərdən, ən əsası da vətəndaş mövqeyinin, onlara olan qayğının daim diqqət
mərkəzində olmasından aydın şəkildə görmək olur.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən vətəndaş amilini ön plana çəkməsinin bariz
nümunəsi isə vətəndaşlarla keçirdiyi görüşlər, mütəmadi olaraq sakinlərin
arasında olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən
məsələləri öz dillərindən eşitməsi və həlli istiqamətində tapşırıqlar
verməsidir. Ən əsası da istər iş fəaliyyətində, istərsə də göstərdiyi diqqət və
qayğıda hər zaman vətəndaş məmnunluğunu, onların rahatlığını, xoş güzəranını
əsas götürməsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də "Nazim” MMC-yə məxsus
şəhərin mərkəzində yerləşən Mərkəzi bazarda olub, sakinlərlə səmimi söhbət edərək
qayğıları ilə maraqlanıb. İlk gündən vətəndaşlara göstərilən qayğının bundan
sonra da olduğu kimi davam etdiriləcəyini, ən əsası isə ölkə rəhbərinin istəyinə
uyğun şəkildə yerinə yetiriləcəyini diqqətə çatdırıb. Bugünkü görüşün də məhz
bu məqsədə xidmət etdiyini bildirib.
Sonra
rayon rəhbəri Mərkəzi bazarda yaradılan səliqə-sahman, satılan hər bir məhsulun
keyfiyyəti və qiymətləri ilə maraqlanıb. Əhalinin sağlamlığının qorunması
baxımından keyfiyyətə, xüsusilə də sanitariya qaydalarına ciddi əməl
olunmasının çox vacib məsələ olduğunu vurğulayıb. Bazarda sakinlərin rahat şəkildə
hərəkət etmələri üçün yaradılan şəraitlə tanış olan icra başçısı onları narahat
edən məsələləri də dinləyib. Qeyd edilən məsələlərlə bağlı aidiyyatı üzrə bazar
rəhbərliyinə iradlarını bildirib və qısa vaxtda aradan qaldırılması istiqamətində
tapşırıqlarını verib.
Sakinlər
ölkəmizdə vətəndaş amilinin, mövqeyinin üstün tutulmasını, onlara olan qayğının
yüksək səviyyədə olmasını minnətdarlıq hissi ilə qarşılayıblar. Bu cür diqqət və
qayğının onlarda ruh yüksəkliyi və dövlət-xalq birliyinə böyük inam hissi
yaratdığını söyləyiblər. Ölkə Prezidentinin vətəndaşlara olan qayğısını rayon rəhbərliyi
tərəfindən Qazaxda aydın şəkildə hiss etdiklərini dilə gətiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş