• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda icra başçısı səhiyyə sahəsində çalışan bir qrup tibb işçisini peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib

 

İnsan üçün çox qiymətli və ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri dayanır. Bu gün Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində vicdanla dayanan minlərlə səhiyyə işçisi vardır.

İyunun 17-si Azərbaycanda ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli sərəncamına əsasən, Səhiyyə Nazirliyinin təşkil olunduğu tarix - iyunun 17-si ölkədə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax səhiyyəsində çalışan tibb işçilərinin də peşə bayramı qeyd olunub.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səhiyyə sahəsində çalışan bir qrup tibb işçisini 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə, ölkə ərazisində COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində, o cümlədən COVID-19 infeksiyasına qarşı vaksinləşmə prosesində fəal iştirak etdiklərinə görə Fəxri Fərmanla təltif edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda çalışan bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edərək əhalinin sağlamlığının keşiyində dayanan tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun bariz nümunəsi olaraq ötən il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Qeyd edib ki, hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan hər bir işçi bu əlamətdar hadisəyə – yeni xəstəxananın istifadəyə verilməsinə görə bu gün də minnətdarlıq edir. Mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar.

İcra başçısı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də danışıb. İcra başçısı bildirib ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaqdır.


Respublika Prezidenti İlham Əliyevin bu sahədə ilk gündən atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər sayəsində uğurlu nəticələrin əldə edildiyini bildirib. Hazırda ölkəmizdə həyata keçirilən xəstəxanalarda olan xəstələrin sayının azaldığını, gündəlik yoluxmaların demək olar ki, sabitləşdiyini, xüsusi karantin rejimi qaydalarında bir sıra yumşalmaların tətbiq edildiyini qeyd edən icra başçısı bu uğurun əldə edilməsində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin böyük rolu olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlərin danılmaz olduğunu söyləyib.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açan icra başçısı bizlərə qələbəni bəxş edən qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini, 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu qeyd edib. İcra başçısı yeni növ koronavirus pandemiyası ilə yanaşı, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstərdiklərini bildirib.

Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Ramiz Mansurov, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova, Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov peşə bayramlarının bu cür yüksək səviyyədə qeyd olunmasına və tibb işçilərinə göstərdiyi qayğıya görə rayon rəhbərliyinə bütün tibb işçiləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan səhiyyəsinin onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında böyük nailiyyətlər qazandığını qeyd ediblər. Hər il müasir standartlara cavab verən səhiyyə ocaqlarının, xəstəxanaların tikilərək istifadəyə verilməsini bu sahədə olan inkişafın bariz nümunəsi kimi qiymətləndiriblər.




Sonra Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Allahverdi Quluyevə, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə həkim infeksionist Nərgiz Yusifovaya, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin ASM şöbəsində həkim ftiziatr Sadət Məmmədovaya, Daş Salahlı kənd həkim məntəqəsinin müdiri Lətif Səftərova, Ağköynək kənd həkim məntəqəsinin müdiri Khumaı Gurbanovaya, Çaylı kənd həkim məntəqəsinin müdiri Lətifə Sanıyevaya, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Şövkət Əhmədovaya, Cəfərli kənd həkim məntəqəsində feldşer Həbib Gəncəliyevə, Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Sədət Nazarovaya, Mərkəzdə həkim epidemioloq Səidə Hüseynovaya, dezinfektorlar Dilarə Mustafayevaya, Təranə Namazovaya 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirdiklərinə, ölkə ərazisində COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində, o cümlədən COVID-19 infeksiyasına qarşı vaksinləşmə prosesində fəal iştirak etdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və gül dəstələri təqdim olunub.

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov koronavirusla mübarizədə gərgin əmək sərf edən tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. Dövlətimizin, ölkə başçısının qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəlanın tez bir zamanda aradan qalxacağını qeyd edib və bu çətin işdə onlara bir daha uğurlar arzulayıb.










 

GOYEZEN.AZ



Facebook-da paylaş