Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirilən müəssisə adları heç bir reklam xarakteri daşımır - AÇIQLAMA
Məlumat üçün qeyd edək ki, 15.06.2021-ci il tarixdə
bəzi xəbər saytlarında Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet saytının "Səhiyyə” bölümündə "Labmed
Tibb Mərkəzi” MMC-nin adının verilməsinin reklam xarakterli olması haqda
yazılar verildi. Qazax Rayon İcra Hakimiyyəti bildirir ki, rayonda
fəaliyyət göstərən digər tibb müəssisələri ilə yanaşı, Labmedin də adı səhiyyə
bölümündəki siyahıya daxil edilmişdir. Bu müəssisənin adının 2016-cı ildən
həmin siyahıda olmasına baxmayaraq bu gün əsassız müzakirə predmetinə çevirmək
cəhdi şəxsi məqsədlərə xidmət etməkdən başqa heç nə ola bilməz. Adı çəkilən tibb müəssisəsinin sahibi, ünvanı, əlaqə
telefonu haqqında olan kiçik bir məlumatın bu cür
qabardılaraq müxtəlif xəbər saytlarında işıqlandırılması isə elə həmin saytlar
tərəfindən reklam etmək deməkdir. Ən əsası da qərəzli şəkildə yayımlanan bu
məlumat rayonda görülən işlərə kölgə salmaqdan başqa bir məqsəd daşımır. GOYEZEN.AZ
Facebook-da paylaş