Əsas Səhifə > Manşet / Səhiyyə > Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirilən müəssisə adları heç bir reklam xarakteri daşımır -

Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirilən müəssisə adları heç bir reklam xarakteri daşımır -


17-06-2021, 13:19


Məlumat üçün qeyd edək ki, 15.06.2021-ci il tarixdə bəzi xəbər saytlarında Qazax Rayon İcra Hakimiyyətinin rəsmi internet saytının "Səhiyyə” bölümündə "Labmed Tibb Mərkəzi” MMC-nin adının verilməsinin reklam xarakterli olması haqda yazılar verildi.

Qazax Rayon İcra Hakimiyyəti bildirir ki, rayonda fəaliyyət göstərən digər tibb müəssisələri ilə yanaşı, Labmedin də adı səhiyyə bölümündəki siyahıya daxil edilmişdir. Bu müəssisənin adının 2016-cı ildən həmin siyahıda olmasına baxmayaraq bu gün əsassız müzakirə predmetinə çevirmək cəhdi şəxsi məqsədlərə xidmət etməkdən başqa heç nə ola bilməz.

Adı çəkilən tibb müəssisəsinin sahibi, ünvanı, əlaqə telefonu haqqında olan kiçik bir məlumatın bu cür qabardılaraq müxtəlif xəbər saytlarında işıqlandırılması isə elə həmin saytlar tərəfindən reklam etmək deməkdir. Ən əsası da qərəzli şəkildə yayımlanan bu məlumat rayonda görülən işlərə kölgə salmaqdan başqa bir məqsəd daşımır.

GOYEZEN.AZ


Geri qayıt