Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü silsilə tədbirlərlə qeyd olunub. Bu münasibətlə rayonda fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində əsasən açıq havada bayram şənlikləri keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul
işçiləri Svetlana Qurbanova, Fəridə İsgəndərova, Ülviyyə Orucova. Nərmin
Hüseynzadə, Ülviyyə Namazova, Kəmalə Cəfərova bayram şənliklərində iştirak
ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından 1 İyun -
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpələri təbrik edərək səmimi
arzularını çatdırıblar. Bildiriblər ki, həmişə uşaqlara diqqət və qayğı ilə
yanaşan Ümummili Liderimiz Heydər Əliyevin siyasəti Respublika Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı
göstərilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları
tikilib uşaqların istifadəsinə verilir.
Rayonumuzda da körpələr evi-uşaq bağçalarına rayon rəhbərliyi tərəfindən böyük
diqqət və qayğı göstərilir. Rayonda yeni uşaq bağçaları tikilir, əsaslı təmir
edilir və müasir inventarlarla təchiz olunur. Uşaqların təlim-tərbiyəsi və
sağlam böyüməsi üçün hər cür şərait yaradılır.
Bayram tədbirlərində valideynlər, müəllimlər, tərbiyəçilər rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şəraitin yaradılmasına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Şənliklərdə uşaqlar Vətənə, anaya, bağçaya, şəhidlərə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər. Körpə fidanların bir-birindən rəngarəng çıxışları alqışlarla qarşılanıb. Sonda uşaqlar xatirə şəkilləri çəkdiriblər.
Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçası
Qazax şəhər 2 saylı Uşaq bağçası
Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçası
Qazax şəhər 4 saylı Körpələr Evi-Uşaq bağçası
Qazax şəhər 5 saylı Körpələr Evi-Uşaq bağçası
Qazax şəhər 6 saylı Körpələr Evi-Uşaq bağçası
GOYEZEN.AZ
Facebook-da paylaş