Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub


1-06-2021, 22:30


Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü silsilə tədbirlərlə qeyd olunub. Bu münasibətlə rayonda fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində əsasən açıq havada bayram şənlikləri keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri Svetlana Qurbanova, Fəridə İsgəndərova, Ülviyyə Orucova. Nərmin Hüseynzadə, Ülviyyə Namazova, Kəmalə Cəfərova bayram şənliklərində iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpələri təbrik edərək səmimi arzularını çatdırıblar. Bildiriblər ki, həmişə uşaqlara diqqət və qayğı ilə yanaşan Ümummili Liderimiz Heydər Əliyevin siyasəti Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Respublikamızda saysız-hesabsız məktəb binaları, uşaq bağçaları tikilib uşaqların istifadəsinə verilir.
Rayonumuzda da körpələr evi-uşaq bağçalarına rayon rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. Rayonda yeni uşaq bağçaları tikilir, əsaslı təmir edilir və müasir inventarlarla təchiz olunur. Uşaqların təlim-tərbiyəsi və sağlam böyüməsi üçün hər cür şərait yaradılır.

Bayram tədbirlərində valideynlər, müəllimlər, tərbiyəçilər rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şəraitin yaradılmasına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Şənliklərdə uşaqlar Vətənə, anaya, bağçaya, şəhidlərə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər. Körpə fidanların bir-birindən rəngarəng çıxışları alqışlarla qarşılanıb. Sonda uşaqlar xatirə şəkilləri çəkdiriblər.

Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçası









Qazax şəhər 2 saylı Uşaq bağçası




Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçası





Qazax şəhər 4 saylı Körpələr Evi-Uşaq bağçası













Qazax şəhər 5 saylı Körpələr Evi-Uşaq bağçası








Qazax şəhər 6 saylı Körpələr Evi-Uşaq bağçası











GOYEZEN.AZ


Geri qayıt