• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, dəmir yumruq bizi Zəfər yoluna çıxardı”


Heyran Vəkilovadan, 

Möhtərəm cənab Prezident.

"Ot kökü üstə bitər" deyib ulularımız. Siz Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı olduğunuzu 44 günlük Vətən müharibəsində bir daha təsdiqlədiniz. Xarici ölkə telekanallarına verdiyiniz dolğun müsahibələrlə, tarixi faktlarla, güclü məntiqə və reallığa söykənən səmimi və qətiyyətli fikirlərinizlə mənfur düşmənin iç üzünü dünyaya tanıtdınız. Dünya illərdir özünü məzlum, əzilən millət kimi ictimaiyyətə sırıyan, ağlayıb göz yaşı tökən erməninin təcavüzkar, qəddar, vəhşi, insanlıqdan uzaq sifətini gördü.

"El bir olsa, zərbi kərən sındırar" deyimi öz təsdiqini Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğunda tapdı. Dəmir yumruğun zərbəsi azğın düşməni təslim aktına qol çəkməyə məcbur etdi. Sizin itki vermədən torpaqların sülh yolu ilə qaytarılması təklifinizdən nəticə çıxarmadılar. Bu da azğınlığın, vəhşiliyin, dərəbəyliyin son acı aqibəti. Dədələrimizin gözəl bir deyimi var: "Qonşudan gələn payla ev öyün olmur”. Xaricdəki lobbiçilərinin verdikləri sədəqələrlə harınlayan ermənilər gec də olsa layiq olduğu qiyməti aldı. Dəmir yumruq Ermənistana elə dərs verdi ki, çətin ömürlük yaddan çıxara bilsin.

Əlli milyondan çox nümayəndəsi, özünə mənsub adət-ənənələri, zəngin tarixi, ədəbiyyatı, heyrətamiz, əvəzsiz, qədim dili olan bir xalqı məğlub edib, torpağını işğal etmək sənin həddin deyil, Paşinyan. Sənin hərb meydanında qoyub qaçdığın "papağ”ın Hərbi Qənimətlər Parkında nümayiş olunur.

Dəmir yumruq bizi Zəfər yoluna çıxardı.

Zəfərlərin bol, yolun həmişə işıqlı, aydın, əbədi olsun, Azərbaycan!

Hörmətlə,

Heyran Vəkilova

Azərbaycan Respublikası, Qazax şəhəri. 



Facebook-da paylaş