Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram” səhifəsində Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşım edib. Paylaşımda
deyilir: "Bu gün Heydər
Əliyevin – bütün həyatını doğma Azərbaycana xidmətə həsr etmiş dahi şəxsiyyətin
anadan olmasının 98-ci ildönümüdür. O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli
Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən
üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır,
niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb –
bizim 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Dahi
lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh,
əmin-amanlıq və tərəqqi arzulayıram”.
Facebook-da paylaş