İcra başçısı kəndlərdə qazılmış yeni subartezian quyularının mövcud vəziyyəti ilə maraqlanıb
Son illər ölkəmizdə iqtisadiyyatın qeyri-neft
sektorunda böyük çəkiyə mailk olan kənd təsərrüfatı sürətlə inkişaf etdirilir.
Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin
olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz
potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur
sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində
mühüm islahatlar reallaşdırır və bu proses uğurla davam edir. Çünki ölkə
iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən
iri sahə olmaqla, iş yerləri ilə təminatda da böyük pay sahibidir. Respublika
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf
etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da
yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində
ölkəmizdə mühüm tədbirlər həyata keçirilir, bu məqsədlə su anbarları, magistral
kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilir. Ölkə
Prezidentinin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə
də respublikanın bütün regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının
ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi bunun bariz nümunəsidir.
Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin
hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra
olunur. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov icra aparatının məsul işçiləri, Tovuz Subartezian Quyuları İstismarı
İdarəsinin sahə rəisi Fidai Məmmədov və digər aidiyyəti şəxslərlə birlikdə ötən il
qazılan yeni subartezian quyularının mövcud vəziyyəti ilə bağlı yerində baxış
keçirib. Bununla əlaqədar rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı, Orta
Salahlı, Kosalar, Çaylı, Ürkməzli və Xanlıqlar kəndlərində
olub. Subartezian quyularının mövcud vəziyyəti ilə yerində
tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib. Rayon rəhbəri əkin
sahələrinin suvarılması zamanı su itkisinə yol verilməməsinin vacibliyini
vurğulayıb. Xüsusilə də əkin sahələrini suvaran kənd sakinlərinin növbəlilik
prinsipinə ciddi şəkildə əməl etmələrini, istər gündüz, istərsə də gecə növbəsində
su itkisinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirlərin görülməsini
bildirib. Rayon rəhbəri ilə səmimi söhbət edən kənd sakinləri
əkin sahələrinin və əhalinin
içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına
görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar. Bu sahədə görülən
işləri dövlətin və ölkə rəhbərinin kənd təsərrüfatı ilə məşğul olan insanlara
verdiyi qiymətin əyani təzahürü kimi qeyd ediblər. Kənd təsərrüfatının inkişaf
etdirilməsi istiqamətində göstərilən dövlət dəstəyinə görə razılıqlarını
bildiriblər. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən sadə kənd
adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar. Ötən il Kəmərli kəndində qazılmış yeni subartezian
quyusu Ötən il Qaymaqlı kəndində qazılmış yeni subartezian
quyusu Ötən il Aslanbəyli kəndində qazılmış yeni
subartezian quyusu Ötən il Aşağı Salahlı kəndində qazılmış yeni
subartezian quyusu Ötən il Orta Salahlı kəndində qazılmış yeni
subartezian quyusu Ötən il Kosalar kəndində qazılmış yeni subartezian
quyusu Ötən il Çaylı kəndində qazılmış yeni subartezian
quyusu Ötən il Ürkməzli kəndində qazılmış yeni subartezian
quyusu Ötən il Xanlıqlar kəndində qazılmış yeni
subartezian quyusu
GOYEZEN.AZ
Təkcə son illər Qazax
rayonunda dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11 ədəd subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə
verilməsi bu sahədə görülən işlərin əyani sübutudur. Sevindirici haldır ki, hər il olduğu kimi,
2020-ci ildə də "Əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının
ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə
bağlı tədbirlər haqqında” Respublika Prezidentinin 4 fevral
2020-ci il tarixli Sərəncamına əsasən rayonun Ağköynək,
Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar,
Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndlərinin
hər birində 1 ədəd olmaqla, daha 14 ədəd yeni subartezian quyusu qazılıb. Beləliklə,
ötən illər ərzində ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı
müvafiq Sərəncamlarla bu gün rayon ərazisində 191 ədəd
suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin
suvarılmasında böyük əhəmiyyət daşıyır.
Facebook-da paylaş