İcra başçısı kəndlərdə subartezian quyularının mövcud vəziyyəti ilə tanış olub
Son illər ölkəmizdə iqtisadiyyatın qeyri-neft
sektorunda böyük çəkiyə mailk olan kənd təsərrüfatı sürətlə inkişaf etdirilir.
Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin
olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz
potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur
sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində
mühüm islahatlar reallaşdırır və bu proses uğurla davam edir. Çünki ölkə
iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən
iri sahə olmaqla iş yerləri ilə təminatda da böyük pay sahibidir. Respublika
Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə
verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu
kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. Bunu rayonda ildən-ilə
artan əkin sahələrinin hektarından da aydın şəkildə görmək mümkündür. 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682 hektarda, 2019-cu ildə isə 21476,3 hektarda əkin aparılmışdır. 2020-ci ildə isə 21594 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, bu gün rayonda həyətyanı sahələr də daxil olmaqla, 18421 hektar suvarılan sahə var. Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının
daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi
istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu məqsədlə su anbarları,
magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilir. Ölkə
Prezidenti İlham Əliyevin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt
Bakıda, istərsə də respublikanın bütün regionlarında əhalinin içməli və suvarma
suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi
bunun bariz nümunəsidir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Tovuz Subartezian Quyuları
İstismarı İdarəsinin rəisi Elxan Əsgərov, Azərbaycan Melorasiya və Su Təsərrüfatı
ASC Tikilməkdə olan Meliorasiya və
İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin əməkdaşı Abid Nağıyev, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov,
Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyatı şəxslərlə
birlikdə ötən il qazılan və bu il qazıntısına başlanılan subartezian
quyularının mövcud vəziyyəti ilə bağlı yerində baxış keçirib. Bununla əlaqədar
rayonun Aşağı Salahlı, Orta Salahlı və Kosalar kəndlərində olub. Rayon rəhbərliyi öncə Aşağı Salahlı kəndində ötən il qazılmış subartezian quyusunun istismar vəziyyəti
ilə maraqlanıb. Sonra bu il ölkə rəhbərinin müvafiq Sərəncamı ilə qazılması nəzərdə
tutulan subartezian quyusunun yerinə baxış keçirilib. Qeyd olunub ki, qazıntı
işləri demək olar ki, başa çatıb və ilin sonuna kimi istismara hazır vəziyyətə
gətiriləcək. Orta Salahlı kəndində də yeni subartezian quyusunun qazıntısı yekunlaşıb. Kosalar kəndində isə bu il nəzərdə tutulan subartezian
quyusunun qazıntısı işləri uğurla davam etdirilir. Subartezian quyularının mövcud vəziyyəti ilə
yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib. Rayon
rəhbəri hazırda əkin sahələrinin suvarılmasında işlərin qızğın çağının olmasını
nəzərə alaraq su itkisinə yol verilməməsinin vacibliyini vurğulayıb. Xüsusilə də
əkin sahələrini suvaran kənd sakinlərinin növbəlilik prinsipinə ciddi şəkildə əməl
etmələrini, istər gündüz, istərsə də gecə növbəsində su itkisinin qarşısının
alınması istiqamətində bütün zəruri tədbirlərin görülməsini bildirib. Rayon rəhbəri ilə səmimi söhbət edən kənd
sakinləri əkin sahələrinin və əhalinin içməli suya
olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına görə ölkə
başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar. Bu sahədə görülən işləri
dövlətin və ölkə rəhbərinin kənd təsərrüfatı ilə məşğul olan insanlara verdiyi
qiymətin əyani təzahürü kimi qeyd ediblər. Kənd təsərrüfatının inkişaf etdirilməsi
istiqamətində göstərilən dövlət dəstəyinə görə razılıqlarını bildiriblər. Rayon
rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən sadə kənd adamlarına göstərdiyi
diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar. Aşağı Salahlı kəndi
Orta Salahlı kəndi Kosalar kəndi GOYEZEN.AZ
Təkcə son 4 ildə dövlət
başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5,
2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə yenə də 11 ədəd olmaqla, Qazax rayonunda 38 ədəd subartezian quyusunun
qazılaraq sakinlərin istifadəsinə verilməsi bu sahədə görülən işlərin əyani
sübutudur. Sevindirici haldır ki, hər il olduğu kimi, bu il də "Əkin
sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün
subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər
haqqında” Respublika Prezidentinin 4 fevral 2020-ci il
tarixli Sərəncamına əsasən rayonun Ağköynək, Aslanbəyli, Aşağı Salahlı,
Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar,
Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndlərinin hər birində 1 ədəd olmaqla, daha 14 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub. Beləliklə, ötən illər ərzində ölkə rəhbərinin diqqət və qayğısı sayəsində
imzaladığı müvafiq Sərəncamlarla qazılan subartezian quyularının sayı 52-yə çatdırılıb. Ümumiyyətlə, bu gün rayon ərazisində 191 ədəd suabartezian
quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin
suvarılmasında böyük əhəmiyyət daşıyır.
Facebook-da paylaş