Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı kəndlərdə qazılmış yeni subartezian quyularının mövcud vəziyyəti ilə maraqlanıb
İcra başçısı kəndlərdə qazılmış yeni subartezian quyularının mövcud vəziyyəti ilə maraqlanıb29-04-2021, 20:54 |
Son illər ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə mailk olan kənd təsərrüfatı sürətlə inkişaf etdirilir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırır və bu proses uğurla davam edir. Çünki ölkə iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla, iş yerləri ilə təminatda da böyük pay sahibidir. Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində ölkəmizdə mühüm tədbirlər həyata keçirilir, bu məqsədlə su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilir. Ölkə Prezidentinin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın bütün regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi bunun bariz nümunəsidir. Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Təkcə son illər Qazax rayonunda dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11 ədəd subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilməsi bu sahədə görülən işlərin əyani sübutudur. Sevindirici haldır ki, hər il olduğu kimi, 2020-ci ildə də "Əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Respublika Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamına əsasən rayonun Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndlərinin hər birində 1 ədəd olmaqla, daha 14 ədəd yeni subartezian quyusu qazılıb. Beləliklə, ötən illər ərzində ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla bu gün rayon ərazisində 191 ədəd suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyır.Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin sahə rəisi Fidai Məmmədov və digər aidiyyəti şəxslərlə birlikdə ötən il qazılan yeni subartezian quyularının mövcud vəziyyəti ilə bağlı yerində baxış keçirib. Bununla əlaqədar rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Çaylı, Ürkməzli və Xanlıqlar kəndlərində olub. Subartezian quyularının mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib. Rayon rəhbəri əkin sahələrinin suvarılması zamanı su itkisinə yol verilməməsinin vacibliyini vurğulayıb. Xüsusilə də əkin sahələrini suvaran kənd sakinlərinin növbəlilik prinsipinə ciddi şəkildə əməl etmələrini, istər gündüz, istərsə də gecə növbəsində su itkisinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirlərin görülməsini bildirib. Rayon rəhbəri ilə səmimi söhbət edən kənd sakinləri əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar. Bu sahədə görülən işləri dövlətin və ölkə rəhbərinin kənd təsərrüfatı ilə məşğul olan insanlara verdiyi qiymətin əyani təzahürü kimi qeyd ediblər. Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində göstərilən dövlət dəstəyinə görə razılıqlarını bildiriblər. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən sadə kənd adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar. Ötən il Kəmərli kəndində qazılmış yeni subartezian quyusu
Ötən il Qaymaqlı kəndində qazılmış yeni subartezian quyusu
Ötən il Aslanbəyli kəndində qazılmış yeni subartezian quyusu
Ötən il Aşağı Salahlı kəndində qazılmış yeni subartezian quyusu
Ötən il Orta Salahlı kəndində qazılmış yeni subartezian quyusu
Ötən il Kosalar kəndində qazılmış yeni subartezian quyusu
Ötən il Çaylı kəndində qazılmış yeni subartezian quyusu
Ötən il Ürkməzli kəndində qazılmış yeni subartezian quyusu
Ötən il Xanlıqlar kəndində qazılmış yeni subartezian quyusu
GOYEZEN.AZ Geri qayıt |