• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda bir məktəb yenidən distant təhsilə keçdi

Respublika mətbuatı Qazax haqqında


Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə RİH başçısı Rəcəb Babaşov bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimiz dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, insanlarımızın sağlamlıqlarının qorunması üçün bütün zəruri tədbirləri görməliyik.

Rayon rəhbəri hazırda 6 məktəbdə müəllim və şagirdlər arasında COVID-19 virusuna yoluxma halının olduğunu, hətta İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində yoluxma sayının çox olması səbəbindən rayon epidemiologiya mərkəzinin qərarına əsasən məktəbin yenidən distant təhsilə keçirildiyini bir həyəcan siqnalı kimi qəbul etdiyini bildirdi. Qeyd olundu ki, istər müəllimlərin, istərsə də valideynlərin üzərinə çox böyük məsuliyyət düşür və bunu heç kim unutmamalıdır.

Sonra rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Sevda Məmmədovanın, baş həkim Allahverdi Quliyevin, müalicə diaqnostika mərkəzi publik hüquqi şəxsin direktoru Kamandar İbrahimovun, gigiyena və epidemiologiya mərkəzinin direktor əvəzi Sədət Nazarovanın, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlının hesabatları dinlənildi, onlara ciddi tapşırıqlar verildi.

Hamlet QASIMOV,

"Xalq qəzeti”nin bölgə müxbiri
14 mart 2021-ci il



Facebook-da paylaş