İcra başçısı Təhsil Nazirliyinin əməkdaşı ilə birlikdə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində olublar
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili
və idarəolunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə
iş sektorunun müdiri Orxan Abbasov, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin
rəisi Emin Əliyev, Rayon Təhsil Şöbəsinin müdiri
Nizaməddin Babanlı və digər aidiyyəti şəxslərlə birlikdə İslam Nəsibov
adına Aşağı Əskipara kənd tam orta məktəbdə olublar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2021-ci il tarixli 12 nömrəli
"Xüsusi karantin rejimi dövründə Azərbaycan
Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili
ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən məktəblərin açılması ilə
bağlı məktəbdə görülmüş
işlərin mövcud vəziyyətini öyrəniblər.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müəllim və şagirdlərə
pandemiyadan, uzun sürən fasilədən sonra əyani tədrisə başlamaları münasibətilə səmimi ürək sözlərini çatdırıb. Hər
zaman olduğu kimi, bu dəfə də təmizlik və dezinfeksiya işlərinin aparılmasına,
gigiyenik qaydalara ciddi riayət olunmasına, Qərardan irəli gələn vəzifələrin,
tələb və tövsiyələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşmalarını
bildirib. Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və
idarəolunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə iş
sektorunun müdiri Orxan Abbasov Təhsil naziri
Emin Əmrullayevin adından müəllim və şagirdləri salamlayıb, səmimi fikirlərini bölüşüb. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində
görülmüş işlərdən, qabaqlayıcı tədbirlərdən danışıb. O.Abbasov COVID-19 virusu
ilə mübarizənin, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməyin
hər bir vətəndaşın işi olduğunu bildirib. Məktəblərdə tədrisin əyani şəkildə
davam etməsində müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü və bunun üçün
xüsusi karantin rejiminin qaydalarına birmənalı şəkildə əməl etmələrini tövsiyə
edib. Məktəb direktoru Yaşar Əliyev təhsil sahəsinə
göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Məktəbdə tədrisin əyani
formada davam etdirilməsi üçün xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən
edilən qaydalar çərçivəsində işləyəcəklərini, sanitar-gigiyena və karantin
qaydalarının tələblərinə ciddi əməl edəcəklərini, bunun üçün böyük səylə
çalışacaqlarını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş