• Təqvim

  • Maraq



Təhsil sahəsi daim diqqət mərkəzindədir

Təhsil sahəsi daim diqqət mərkəzindədir
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin akt zalında rayonda fəaliyyət göstərən məktəblərin rəhbər işçiləri ilə görüş keçirilib. Görüşdə Qazax RİHB Aparatının məsul işçiləri, məktəb direktorları, məktəblərin tədris və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi sayıldığını bildirib və bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, rayonumuzda təhsil ildən-ilə inkişaf edərək daha böyük bəhrə verir. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Bunun üçün rayonumuzda lazım olan bütün şərait vardır. Məktəblərimizdə qabaqcıl müəllimlər, təcrübəli pedaqoqlar çalışır.
Təhsil sahəsi daim diqqət mərkəzindədir
İcra Başçısı qeyd edib ki, son vaxtlar şəhər 2 saylı tam orta məktəbin fəaliyyəti günün tələblərinə cavab vermir. Məktəbdə şagirdlərin dərsə davamiyyəti aşağı səviyyəyə düşüb. Dərsə gəlməyən şagirdlər pedaqoji qaydada qeyd olunmur. Sinif rəhbərləri cavabdeh olduqları siniflərin şagirdləri ilə ciddi məşğul olmurlar. Bu da son nəticədə məktəbdə təhsilin səviyyəsinin aşağı düşməsinə, göstəricilərin zəif olmasına gətirib çıxarır. Dünən və bu gün məktəbdə şagirdlərin dərsə davamiyyəti bunu aydın şəkildə göstərir.

Bildirib ki, vaxtilə rayonun ən qabaqcıl təhsil müəssisələrindən biri olmuş bu tədris ocağında yaranmış bu cür vəziyyət rayon rəhbəri kimi məni çox narahat edir. Ona görə də mövcud vəziyyət müzakirə olunmalı, tədrisin səviyyəsinin və davamiyyətin yüksəldilməsi üçün yollar axtarılıb tapılmalıdır.

Şəhər 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək rayon rəhbərinin haqlı iradlarından tez bir zamanda nəticə çıxaracağını bildirərək rəhbərlik etdiyi məktəbdə təhsilin səviyyəsini yüksəltmək üçün müvafiq tədbirləri həyata keçirəcəyini qeyd edib. Məktəbin təlim-tərbiyə və tədris işləri üzrə direktor müavinləri fəaliyyətlərinin günün tələbləri səviyyəsində olmadıqlarını etiraf ediblər.

Sonra rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, şöbənin əməkdaşı Rasim Carçıyev, Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova, şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, şəhər əsas ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, məktəb-liseyin direktoru Tahirə Comərdova, Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev çıxış edərək sözü gedən məktəbdə yaranmış vəziyyətin səbəblərindən söz açıb və öz münasibətlərini bildiriblər. Çıxışlarda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təhsilə göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunub və problemin həlli yollarından danışılıb.

İcra Başçısı tədbirə yekun vuraraq məktəb kollektivinin öz işində dönüş yaratmağı, gündəlik fəaliyyətlərinə məsuliyyətlə yanaşmağı və diqqətli olmağı tövsiyə edib, bununla bağlı müvafiq tapşırıqlar verib.

Elçin İSMAYIL

Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir
Təhsil sahəsi daim diqqət mərkəzindədir


Facebook-da paylaş