Prezident İlham Əliyev: “Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik”
Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti işğaldan azad
olunmuş bölgələrimizdə, doğma torpaqlarımızda böyük quruculuq işlərinə start
verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa
yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyması bunun
bariz nümunəsidir. Onu da qeyd edək ki, uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava
limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Strateji
əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı,
ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm bir
layihədir. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş
Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə
çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər. Şuşaya çəkilən
yol geniş və yüksək keyfiyyətli olacaq. İndiki vəziyyətdə
işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları
operativ şəkildə ora aparmağa ehtiyac yaranır. Vaxtında Gəncə,
yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra
Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi
üçün mühüm rol oynadı. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya
Laçın rayonlarının ərazisində inşa ediləcək. Prezident İlham Əliyev: "Böyük qayıdış başlayır, bütün işlərə start verildi”. Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri,
bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq,
Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq. Şuşa Prezident İlham Əliyev tərəfindən
Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Ermənilər Şuşanın tarixi erməni şəhəri olduğunu iddia etsələr də, orda heç
bir ciddi abadlıq işləri aparmayıblar, yalnız xuntanın rəhbərləri özləri üçün
villalar tikdiriblər. Prezident İlham Əliyev: "Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi
Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Şuşanın bərpası üçün baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl
şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq. Azərbaycan Ordusunun rəşadəti haqqında Prezident İlham Əliyev: "Noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq”. Noyabrın 8-də qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin böyük
qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib. Prezident İlham Əliyev: "Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və
Şuşanı azad etdik”. Düşmən cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından
qoşunlarını çıxarmağa məcbur olub. Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44
günlük müharibənin hər bir günü zəfər günü idi. Azərbaycan Ordusu bir gün belə
geri addım atmadan yalnız irəli gedib. Bu, dünya hərb tarixində çox nadir
hallarda müşahidə edilən bir mənzərədir. İnkişaf etmiş ölkələrin hərbi
mütəxəssisləri Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Prezident İlham Əliyev: "Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə
salınacaqdır”. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Azərbaycan Ordusu Xocalı cəlladlarını, özündən yalançı qəhrəman
düzəldənləri məhv edib, Şuşanı Sarkisyan-Koçaryan cütlüyünün ordusunun əlindən
geri alıb. Xuntanın nümayəndələri müharibə vaxtı qaçıb gizlənmiş, sadə erməni
gənclərini qırğına vermişlər. AXC-Müsavat cütlüyünün tarixdəki mənfi rolu haqqında 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi və
hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində
Şuşa işğal edilib. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda
qeyri-sağlam mübarizənin nəticəsi olub.Torpaqların işğal edilməsi o
vaxt hakimiyyətdə olmuş AXC-nin birbaşa məsuliyyətidir. Prezident İlham Əliyev: "Şuşanın, Kəlbəcərin, Laçının, bütün ətraf bölgələrin işğal edilməsi,
Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılması Xalq
Cəbhəsi-Müsavat hakimiyyətinin günahıdır”. AXC ovaxtkı hakim komandanı yıxıb hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz
qalanı heç bir əməliyyat keçirmədən boşaldaraq düşmənə təslim edib. Xalq
Cəbhəsi-Müsavat hakimiyyətə gəlmək naminə satqınlıq, cinayət törədib. Səriştəsiz
kadrlardan formalaşmış AXC hakmiyyəti talançılığı dövlət siyasətinə çevirib,
rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan
xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Prezident İlham Əliyev: "Ovaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə
çaxacağam, amma qorxaqcasına Şuşadan qaçmışdı”. Prezident İlham Əliyev: "Ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda
toy. Azərbaycan onlara elə toy tutdu ki, onlar bu dərsi əbədi yadda
saxlayacaqlar”. 44 günlük müharibənin gedişində dünyanın müxtəlif geosiyasi qütblərindən
edilən təzyiq və təhdidlərə baxmayaraq,
Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək
əzmindən geri dönməmişdir. Milli xəyanət nəticəsində itirilmiş müqəddəs Şuşa şəhəri Prezident İlham
Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalq-ordu-iqtidar vəhdəti nəticəsində
azad olundu. Prezident İlham Əliyev: "Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş
bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”. Ulu Öndərin tarixi missiyası Sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq Ulu
Öndər Azərbaycanda milli şüurun yüksəldilməsi üçün ardıcıl addımlar atmışdır. 1920-ci
illərdə sovet bolşevik hakimiyyətinin Azərbaycanın daxilində tədricən partlayan
mina kimi qoyduqları Dağlıq Qarabağ probleminin həlli üçün Ulu Öndər burda
demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görmüşdür. 1969-1982-ci illərdə Yevlaxdan,
Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Dağlıq Qarabağda yeni müəssisələr
yaradılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər
gəlmişdi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində Dağlıq Qarabağda milli
tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi. Heydər Əliyev Azərbaycanda
qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində
azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər. Ulu Öndərin uzaqgörənliyi, doğma
xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi Molla Pənah
Vaqifin şərəfinə məqbərənin tikintisində də özünü göstərib. Prezident İlham Əliyev: "Xanın vəziri olan insanın
şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi”. Eyni zamanda bununla Qarabağın tarixin bütün mərhələlərində
azərbaycanlılara məxsus olması haqqında aydın mesaj verilirdi. Prezident İlham Əliyev: "Azərbaycan xalqı əsrlərboyu
azadlıq, müstəqillik eşqi ilə yaşamışdır”. 1982-ci ildə Heydər Əliyevi Bakıdan Moskvaya təyin etməsəydilər, burada
separatizmin baş qaldırmasına imkan verməzdi. Heydər Əliyev 1993-cü ildə xalqın
tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycan
iflasdan xilas olmuş, milli inkişafın, milli dövlətçiliyin yeni mərhələsi
başlamışdır. Prezident İlham Əliyev: "Xoşbəxt xalqıq ki, özümüzü
müstəqil dövlət kimi təsdiq etmişik”. Qazilərə və şəhid ailələrinə göstərilən dövlət qayğısı · Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. · Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. · Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o
ailələr diqqət mərkəzində olacaqlar. · Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət
artıq mənzillər, evlər verib. · Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. · Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin
edilməsi məsələsi öz həllini tapacaq. · İkinci Qarabağ müharibəsində Qələbə münasibətilə yeni orden və medallar
təsis edilərək Prezident tərəfindən müharibədə qəhrəmanlıq göstərmiş minlərlə
hərbçilər təltif edilib. Prezident İlham Əliyev: "Bu müharibəni şəhidlərimizin canı, qanı hesabına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq”. Söz və əməlin vəhdəti Prezident İlham Əliyev həmişə çıxışlarında "Mənim sözüm imzam qədər
qüvvətlidir”- deyir. Şuşa səfəri Milli Liderin sözünün və əməlinin vəhdətinin
növbəti nümayişi oldu. Prezident 2010-cu il noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının
açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal
edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli
bayrağımızı qaldırdı. Separatçı rejiminin nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda
Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan "Dağlıq Qarabağ
respublikası”nı tanıyıb Dağlıq Qarabağda öz səfirliyini açsa. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun parlaq zəfəri bu
iyrənc, təkəbbürlü ifadələrin
sahiblərini qorxaqcasına susmağa məcbur edir. Prezident çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa
ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də
Şuşada qoyulacaq. Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi
şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Azərbaycan güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına tarixi
ədaləti bərpa edir. Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad
etməli idi və bunu etdi. Prezident İlham Əliyev: "Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”. Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Prezident İlham Əliyev: "Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”. Səfərin mesajları Azərbaycan Prezidenti İlham Əliyevin ailə
üzvləri ilə birlikdə Şuşaya səfəri tarixi, eyni zamanda daxili və xarici
auditoriyalara zəngin mesajlar ehtiva edən bir səfər idi. Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı Şuşaya
getmişdir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyevanın ziyarət etdikləri obyektlərin hamısı - Şuşa Realnı məktəbi, Yuxarı
Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev
muzeyi, Vaqifin türbəsi, Cıdır tarixi dəyər daşıyır, şəhərin tarixin bütün
mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyeva Şuşadakı Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərini ziyarət
edərək məscidlərə Məkkədən gətirilmiş "Qurani-Şərif” kitabları hədiyyə verib,
dualar ediblər. Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş
Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın
heykəlləri Şuşaya qaytarılıb. Güllələnmiş büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev: "Dahi şəxsiyyətlərimizin
büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə
qayıdıblar”. Prezident İlham Əliyev: "Natəvan, Üzeyir bəy, Bülbül
milli ruhumuzun təcəssümüdür”. Milli ruhumuzun təcəssümü olan
şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin
beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq. Vətən müharibəsindəki möhtəşəm Zəfərlə yeni
doğuluşunu yaşayan azərbaycanlı etnosunu isə mütləq yeni mədəni intibah
gözləyir. Prezident avtomobil sürərkən Xocavənd rayonunun Böyük Tağlar kəndinin
ərazisini nümayiş etdirir. Bəllidir ki, bir müddət əvvəl burda erməni diversantları
böyük təxribat törətmiş, xüsusi əməliyyatdan sonra çoxsaylı diversantlar ələ
keçirilmişdi. Moskva görüşü ərəfəsi Ermənistan baş naziri onların azad
olunmasını şərt kimi irəli sürsə də, Azərbaycan bu tələbi rədd etmişdi. Xocalı rayonunun Sığnaq kəndindən keçərkən isə Azərbaycan, Türkiyə
bayraqları və yolu inşa edən Türkiyənin "Kolin” şirkətinin bayrağı nümayiş
olunur. Bu, keçmiş Dağlıq Qarabağın inzibati ərazisi olmuş yerlərə Türkiyə və
Azərbaycanın birgə daxil olmasının rəmzidir. Paşinyan və ailə üzvləri, daha əvvəllər isə Sarksiyan, Koçaryan və digər
xunta üzvləri Şuşaya hərbi əsirləri işgəncə etmək, büst oğurlamaq, talan üçün
gəlirdisə, Azərbaycan rəhbərliyi quruculuq üçün gedir. Həm məscid, həm kilsəni ziyarət etməklə Prezident dünyaya tolerantlıq,
gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar verdi. Prezident İlham Əliyev: "Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq”. Prezident İlham Əliyev: "Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi
işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə
salıb”. Heydər Əliyev Fondu tərəfindən bütün tarixi-dini abidələrimiz, o cümlədən
Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq. 1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyev Şuşada Molla
Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt İlham Əliyev
də orada idi: 39 il sonra o, yenidən Şuşaya qayıtdı. Prezident 39 il əvvəlki
səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçərək Ulu
Öndərin Şuşayla bağlı vəsiyyətini, yarımçıq qalmış arzularını yerinə
yetirdiyini, siyasi irsə sahib çıxıdğını göstərir. Prezident İlham Əliyev: "Şuşanı görmək,
Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir”. Vaqifin məqbərəsinin açılış günü səfər
etməklə yalnız mədəniyyətimizə deyil, siyasi ənənələrimizdə varislik,
ardıcıllıq mesajı verildi. İlham Əliyev 8 noyabrda Şuşanı Azərbaycana
qaytarmışdı, yanvarın 14-də isə Azərbaycanı Şuşaya qaytardı. Bu il Şuşada Vaqif Poeziya
Günləri və "Xarı bülbül” festivalı keçiriləcək. Şuşada muğam dinləniləcək, beynəlxalq muğam
festivalı keçirələcək. Prezident İlham Əliyev: "Cıdır düzündə bundan sonra
muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər
keçiriləcək”. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Moskva
səfərindən sonra Prezidentin Şuşaya səfəri Qarabağın sahibinin kim olması mesajını
da ehtiva edir. Prezident İlham Əliyev: "Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir!
Qarabağ Azərbaycandır!” Səfər barədə Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın paylaşımları qısa zamanda sosial şəbəkələrdə aparıcı trendə çevrildi.
Bununla mesaj verildi ki, ölkənin ali siyasi elitasının səfərləri önündə
təhlükəsizlik baxımından heç bir narahatlıq yoxdur. Prezident İlham Əliyev: "39 ildən sonra Şuşaya düşmənin belini qıran
müzəffər, qalib Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs
bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda
əbədi yaşayacağıq!” Qarabağın nə
statusu, nə parlamenti, nə perspektivi, nə də gücü yoxdur. Prezident İlham Əliyev: "Onlar qondarma "Dağlıq Qarabağ respublikası”nın
"parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların
bu çirkin əməlləri həyata keçmədi. "Parlament” də, status da gorbagor oldu,
cəhənnəmə getdi”. Azərbaycan şəhərlərinə, tarixi abidələrinə qarşı vandalizm aktlarını
törədənlər Sarkisyan-Koçaryan
cütlüyüdür. Prezident İlham Əliyev: "Koçaryan-Sarkisyan, mən müzəffər Ordunun Baş Komandanı kimi
gəlmişəm və öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub
buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq”. Qondarma rejimin və Ermənistanın müharibə vaxtı qaçıb gizlənmiş, sonradan
üzə çıxmış bəzi "siyasi liderlərinə” də sərt xəbərdarlıq edildi: Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər Azərbaycanın
səbri ilə oynamasın, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Siz buradasınız, yaxındasınız.
Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə
göndərmişik. Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha
görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha
qırar. Cıdır düzündə
Yeravandan gələn dəstə sərxoş vəziyyətdə eybəcər rəqslər edirdilərsə, oranın əsl
sahibi olan azərbaycanlılar Ali Baş Komandanın timsalında azərbaycansayağı çay
dəstgahı ilə cavab verdilər. Prezident İlham Əliyev: "Şuşanı Cıdır düzüsüz təsəvvür
etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. İndi
Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır”. Kənar qüvvələrə də açıq xəbərdarlıq edilir: Biz buraya
qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan
bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə
verməyib. Prezident
xüsusi təyinatlıların adını da təsadüfən çəkmədi. Şuşanı ağlasığmaz əməliyyatla
azad edən bu qüvvələr erməni ordusunun kabusuna çevrilib və dövlət başçısı Ermənistana
xəbərdarlıq edərkən onların adını çəkməklə təxribatlara qarşı veriləcək cavabın
miqyasını göstərir. Prezident İlham Əliyev: "Azərbaycanı silahlı qüvvələri, qəhrəman övladları, xüsusi
təyinatlılar, Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə
cəsarət tapmasın”. Prezident İlham Əliyev: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa,
biz səni dirçəldəcəyik! Şuşa bizimdir!
Qarabağ Azərbaycandır!”. Şuşa
ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da,
Şuşanın simasını dəyişdirə bilməyib. Prezident İlham Əliyev: "Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın
ən gözəl şəhərlərindən birinə çevriləcək”. Ermənistanla dostluq edən
müsəlman ölkələrinə mesajlar: · Ermənistan vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə
çevirmiş islamofob ölkədir, məscidləri,
dini abidələri, məscidlərin minarələrini dağıdıb, viranə qoyub, müqəddəs
məbədləri təhqir edib, donuz saxlayıb, üzərində təhqiramiz ifadələr yazdırıb. · Müsəlman dini abidələrini təhqir edən Ermənistan müsəlman ölkələri üçün
dost ola bilməz. · Ermənistanla dostluq edən müsəlman ölkələrin liderləri öz xalqlarına cavab
verməlidir. · Ermənistanı dost ölkə kimi qəbul etmək riyakarlıqdır, Allahsızlıqdır. Bir müsəlman ölkəsinin mütəxəssisləri Azərbaycanın icazəsi olmadan,
qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın
kriminal xunta rejimi ilə əlbir olub bu məscidi guya təmir ediblər. Prezident İlham Əliyev: "Yuxarı Gövhərağa məscidininin
Ermənistan tərəfindən "təmiri” riyakarlıq rəmzidir”. İlham Əliyev dövrünün yeni nəsli Adətən, bir ölkənin tarixində yeni dövr, yeni mərhələ yarada bilmiş
liderlərin ardıcılları haqqında "onun yetişdirdiyi xalq” ifadəsi işlənir. Milli
Lider İlham Əliyevin hakimiyyətdə olduğu son illərdə vətənpərvər, güclü, milli
ruhda tərbiyə almış gənc nəsil yetişib. Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüşdə
qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan
əsgər, MAXE və zabitlərin çoxu ali təhsilini, orta təhsilini, hətta bir çox
hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq
vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi. Prezident İlham Əliyev: "Vətən sevgisi bizi Qələbəyə
gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”. Prezident İlham Əliyev: "2003-cü ildə 10 yaşı, 15 yaşı
olanların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi
Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”. Prezident İlham Əliyev: "Gənc nəsil, yaşlı nəsil,
təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün
dinlərin nümayəndələri bir yumruqtək birləşib”. Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir. Azərbaycan bundan sonra daha da güclü olacaq. Prezident İlham Əliyev: "Birliyi olan ölkələr qələbə
qazanırlar. İradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları
müdafiə edən liderlər qələbə qazanırlar”. Azərbaycanın timsalında bunu hər kəs gördü. Azərbaycanın davası haqq davasıdır. Ermənistanın davası işğalçılıq
davasıdır. Prezident İlham Əliyev: "Haqq-ədalət güc, iradə, siyasət, birlik hesabına zəfər
çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”. Prezident İlham
Əliyev: "Azərbaycan
xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ
Azərbaycandır!”. GOYEZEN.AZ
Facebook-da paylaş