• Təqvim

  • Maraq



Prezidentə yazırlar: “Cənab Prezident, Vətən müharibəsində yaralanmış qazi atası kimi Sizinlə və şanlı Ordumuzun bütün birlikləri ilə fəxr edirəm”


Mansır Qayayevdən, 

Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan!

Azərbaycan Ordusunun 2020-ci ilin sentyabr ayının 27-də keçirdiyi uğurlu əks-hücum nəticəsində yaşayış məntəqələrimizin düşmən tapdağından azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin müdrik rəhbərliyinizin nəticəsidir.

Mən Vətən müharibəsində yaralanmış qazi atası kimi Sizinlə və Şanlı Ordumuzun bütün birlikləri ilə fəxr edirəm. Bir əsgər atası olaraq Füzuli şəhəri uğrunda gedən döyüşlərdə yaralanan oğluma döyüş meydanında və Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən Hospitalında göstərdikləri diqqət və qayğıya görə Sizə və həkimlərimizə şəxsən öz minnətdarlığımı bildirirəm.

Hörmətli Prezident, 8 Noyabr Zəfər Bayramını Azərbaycan xalqına yaşatdığınıza görə Sizə, bütün əsgər və zabitlərimizə uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Qayayev Mansır İsə oğlu,

Azərbaycan Respublikası, Qazax rayonu, Daş Salahlı kəndi.

24 dekabr 2020-ci il



Facebook-da paylaş