Doğum günündə torpağa tapşırılan qazaxlı kapitan - YENİLƏNİB
Şəhidlərimizi tanıyaq
və tanıdaq----------------------------- 44 gün: sentyabrın 27-dən noyabrın 10-dək
davam edən Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi Azərbaycan
Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 il davam edən
işğala son qoyuldu. Bəli, 27 sentyabr! Bu, o tarixdir ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması üçün məhz
həmin gün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. Və 44 günlük Vətən müharibəsi Azərbaycanın
qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ
Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan şanlı Azərbaycan
Ordusunun əsgər və zabitləri, hərbçiləri Vətən torpaqlarının ərazi bütövlüyü
naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına vuruşdular. Göstərdikləri
şücaətlərlə, qəhrəmanlıqlarla Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün
dünyaya bir daha nümayiş etdirdilər.
Kapitan Pənahov
Rövşən Mahmud oğlu da İkinci Qarabağ
müharibəsində qəhrəmancasına döyüşən və Şəhidlik zirvəsinə ucalan igid Vətən
oğullarından biridir. Doğum günündə torpağa tapşırılan şəhid kapitanımızın əziz
xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Şəhid Rövşən Pənahov
2 oktyabr 1989-cu ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1995-ci
ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin I sinfinə daxil
olmuşdur. 1996-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbin IX sinfini bitirmişdir. 2004-2006-cı illərdə
Birinci Şıxlı kənd tam orta məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinədaxil olmuşdur. 2010-cu ildə həmin Ali Hərbi
Məktəbi bitirmişdir. 2010-2011-ci illərdə təlim keçmək üçün Bakıda müxtəlif hərbi
hissələrdə xidmət etmişdir. 2011-ci ildə Naftalan şəhərində yerləşən "N” saylı hərbi hissədə
xidmət etmişdir. 2014-2020-ci illərdə müxtəlif "N” saylı hərbi hissələrdə xidmət
göstərmişdir. Kapitan Pənahov Rövşən Mahmud oğlu 2 oktyabr 2020-ci
il tarixdə Göygöl rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına
şəhid olmuşdur. Şəhid
olduğu gün Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki
azyaşlı - Nilay adlı qız, Elay adlı oğul övladı yadigar qalıb. Şəhid kapitanımızın göstərdiyi igidlik cənab
Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən
sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə”, 29
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına
görə” medalları ilə təltif olunmuşdur. Şəhidimizi yad etmək
hər birimizin vəzifə borcudur. Bizlər də şəhidimizin əziz xatirəsini dərin
ehtiramla yad edərək ailəsinə və yaxınlarına başsağlığı verir, səbir diləyirik.
Ruhu qarşısında baş əyirik.
GOYEZEN.AZ
Facebook-da paylaş