Şəhid mayor Namiq Əhmədovun ölümündən 40 gün ötür
Bu gün iyulun 13-dən 14-nə keçən
gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu
istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid
olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini,
mayor Əhmədov Namiq Hajan
oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 40 gün ötür.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri, millət vəkili Səməd Seyidov, Azərbaycan Respublikası Milli
Məclisinin elm, təhsil və mədəniyyət komitələrinin üzvü, millət vəkili Ülviyyə Ağayeva, "Şöhrət” ordenli məşqçi, Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət
Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax rayon Şöbəsinin rəis müavini, mayor Əfqan Mikayılov şəhidin ata ocağında ailəsinə baş çəkib, şəhid
atası Hajan Əhmədov və ailə üzvləri ilə görüşüb,
bir daha başsağlığı veriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, millət vəkili Səməd Seyidov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti
Firdovsi Umudov çıxış edərək bütün şəhidlərimiz kimi, Namiq Əhmədovun xatirəsinin
də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər. Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin, eləcə
də Namiq Əhmədovun qanının yerdə qalmayacağını, qisasının alınacağını bir daha
vurğulayıblar. Bu gün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
ətrafında sıx birləşərək onun "İrəli!” əmrini gözləyən güclü, qüdrətli
Azərbaycan Ordusunun olduğunu və həmin ordunun zəfər çalacağı tarixi günün,
üçrəngli Azərbaycan bayrağının həmin torpaqlarda dalğalanacağı günün elə də
uzaqda olmadığını diqqətə çatdırıblar.
Övladı
ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda
canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Daha sonra qonaqlar şəhidimizin rayon rəhbərliyi
tərəfindən təmiri başa çatdırılan evində görülmüş işlərlə tanış olublar.
Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı
Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına
Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə
həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına
Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək
artilleriya ixtisasına yiyələnmişdir.
2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris
Mərkəzində zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel
döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif
olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və N saylı hərbi hissənin
komandiri vəzifəsinə irəli çəkilmişdir. 2020-ci
il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən
hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu,
mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq
Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük
izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, bir qız və bir oğlan
övladı yadigar qalıb.
GOYEZEN.AZ
Facebook-da paylaş