Millət vəkili Səməd Seyidov Qazaxda aparılan abadlıq işləri ilə tanış olub
Bu gün Azərbaycan Respublikası
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri, millət vəkili Səməd Seyidov Qazaxda
aparılan abadlıq işləri ilə tanış olub. Ölkə Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafına
dair qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Qazaxda genişmiqyaslı abadlıq-quruculuq
işlərinin aparılmasını yüksək qiymətləndirib.
Ölkə rəhbərinin birbaşa göstərişi, diqqət və
qayğısı sayəsində Qazaxda şəhərin içməli su və kanalizasiya
sisteminin yenidən qurulması layihəsinin uğurla icra olunmasını vətəndaşlara
göstərilən qayğı kimi qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Azərsu” Açıq
Səhmdar Cəmiyyəti tərəfindən şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişinin
aparıldığını, eləcə də işlərin başa çatdırıldığı küçələrdə abadlıq işlərinin
görüldüyünü bildirib. Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə
Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələrinə yeni asfalt vurulduğunu, Nəriman
Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49
saylı, Heydər Əliyev
prospektində yerləşən 61A,63,65
saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən
12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq"Abad
məhəllə” kimi sakinlərə təqdim olunduğunu diqqətə çatdırıb. Rayon rəhbəri hazırda rayonda su-kanalizasiya
sisteminin çəkilişi başa çatan daha bir küçədə - Məmməd Əmin Rəsulzadə küçəsində
də asfaltlama işlərinin aparıldığını, Əliağa Şıxlinski küçəsində
su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan kimi burada da yeni asfalt
vurulacağını qeyd edib. Rayon rəhbəri Heydər
Əliyev prospektində, Azadlıq və Zeynalabdin
Tağıyev küçələrində səkilərə yeni tamet döşəndiyini də
bildirib. İcra başçısı
istər su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma
işlərinin layihə üzrə düzgün aparılmasına, istərsə də aparılan abadlıq işlərinin
kefiyyətinə daim nəzarət olunduğunu da vurğulayıb. Məmməd Əmin Rəsulzadə küçəsi Millət vəkili Səməd Seyidov
yeni asfalt vurulan Səməd Vurğun, Məmməd Əmin Rəsulzadə, səkilərə tamet döşənən Azadlıq küçələrində, eləcə də Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin
yaşadığı Ş.Xiyabanı 27 ünvanında olub, burada yaşayan sakinlərlə səmimi söhbət
edib. Vətəndaşların ölkə başçısının diqqət və qayğısı sayəsində rayonda aparılan
abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmələrini, dövlətdən və ölkə
başçısından razılıq etmələrini könül xoşluğu ilə qarşılayıb. Bağanıs Ayrım kənd
sakinlərindən Bəhlul Poladov, Etibar Adigözəlov yaşadıqları binada aparılan təmir
işlərindən söz açaraq görülən işləri yüksək qiymətləndirdiklərini bildiriblər.
Rayonda görülən bütün işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını
dilə gətiriblər. Yeni asfalt döşənmiş M.Ə.Rəsulzadə küçəsində yaşayan sakinlər
də minnətdarlıq dolu ürək sözlərini çatdırıblar. Millət vəkili ilə səmimi söhbət
edən sakinlər bu gün Azərbaycanda vətəndaş amilinin ön planda dayanmasını vurğulayıblar.
Bu gün onlarla olan bu səmimi söhbəti, millət vəkili kimi sakinləri narahat edən
məsələlərlə maraqlanmasını vətəndaşlara göstərilən qayğının bariz nümunəsi kimi
qeyd ediblər. Millət vəkilinin imkan daxilində olsa belə mütəmadi olaraq sakinlərin
arasında olmasını, Qazaxda baş verən proseslərlə, görülmüş işlərlə yaxından
tanış olmasını yüksək qiymətləndirən sakinlər minnətdarlıq ediblər. Millət
vəkili Səməd Seyidov şəhərin mərkəzində torpaqlarımızın ərazi bütövlüyü uğrunda
canından keçmiş Vətən oğullarının xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanında
da olub, şəhdilərimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Cənab
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Ordusunun qələbə qazanacağı günün və bütün şəhidlərimizin ruhunun rahatlıq
tapacağı günün uzaqda olmadığını bir daha vurğulayıb. Səməd Vurğun küçəsi
Məmməd Əmin Rəsulzadə küçəsi Azadlıq küçəsi
Şəhidlər Xiyabanı 25 saylı bina
Şəhidlər Xiyabanı 27 saylı bina
Şəhidlər Xiyabanı
Yeni tamet vurulan Heydər Əliyev prospekti
Yeni tamet vurulan Zeynalabdin Tağıyev küçəsi
Bakı küçəsi GOYEZEN.AZ
Facebook-da paylaş