Vətəndaş yazır: Öz dövlətinin, Prezidentinin qayğısını görmək insanlarda razılıq hissi yaradır
Hörmətli Prezident cənab İlham Heydər oğlu Əliyev. Sizin qayğınız sayəsində Azərbaycanın hər bir bölgəsində böyük
abadlıq-quruculuq işləri görülmüş, insanların xoş güzəranı üçün tədbirlər
həyata keçirilmişdir. Mən Qazax rayonunda aparılan abadlıq-quruculuq işləri ilə
əlaqədar Qazax şəhəri Səməd Vurğun küçəsinin sakinləri adından Sizə təşəkkürümü
bildirirəm. Qeyd etmək istəyirəm ki, görülən tədbirlər çərçivəsində yollarımız
abadlaşmış, yeni su və kanalizasiya xətti çəkilmiş və yollarda təhlükəsizlik
qurğuları quraşdırılmışdır. Öz dövlətinin, Prezidentinin qayğısını görmək
insanlarda razılıq hissi yaradır. Əminik ki, ölkəmiz gələcəkdə inkişafını davam
etdirəcək, əhalinin rifahı daha da yaxşılaşacaqdır. Biz vətəndaşlar bu tədbirlər üçün Sizə bir daha minnətdarlığımızı
bildiririk. Hörmətlə, Həsənov Hüseyn İsrəfil oğlu Azərbaycan Respublikası, Qazax şəhəri. 30 iyun 2020-ci il
Facebook-da paylaş