Əsas Səhifə > Manşet / Rəsmi > Öz dövlətinin, Prezidentinin qayğısını görmək insanlarda razılıq hissi yaradır

Öz dövlətinin, Prezidentinin qayğısını görmək insanlarda razılıq hissi yaradır


30-06-2020, 19:01


Hörmətli Prezident cənab İlham Heydər oğlu Əliyev.

Sizin qayğınız sayəsində Azərbaycanın hər bir bölgəsində böyük abadlıq-quruculuq işləri görülmüş, insanların xoş güzəranı üçün tədbirlər həyata keçirilmişdir. Mən Qazax rayonunda aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar Qazax şəhəri Səməd Vurğun küçəsinin sakinləri adından Sizə təşəkkürümü bildirirəm.

Qeyd etmək istəyirəm ki, görülən tədbirlər çərçivəsində yollarımız abadlaşmış, yeni su və kanalizasiya xətti çəkilmiş və yollarda təhlükəsizlik qurğuları quraşdırılmışdır. Öz dövlətinin, Prezidentinin qayğısını görmək insanlarda razılıq hissi yaradır. Əminik ki, ölkəmiz gələcəkdə inkişafını davam etdirəcək, əhalinin rifahı daha da yaxşılaşacaqdır.

Biz vətəndaşlar bu tədbirlər üçün Sizə bir daha minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Həsənov Hüseyn İsrəfil oğlu

Azərbaycan Respublikası, Qazax şəhəri.

30 iyun 2020-ci il


Geri qayıt