• Təqvim

  • Maraq



Qazaxda icra başçısı səhiyyə sahəsində çalışan bir qrup əməkdaşı təltif edib


İnsan üçün çox qiymətli və ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri dayanır. Bu gün Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində vicdanla dayanan minlərlə səhiyyə işçisi vardır. İyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub. İlk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli sərəncamına əsasən, Səhiyyə Nazirliyinin təşkil olunduğu tarix - iyunun 17-si ölkədə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax səhiyyəsində çalışan tibb işçilərinin də peşə bayramı qeyd olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səhiyyə sahəsində çalışan bir qrup tibb işçisini peşə bayramları münasibətilə əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Fəxri Fərmanla təltif edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda çalışan bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edərək əhalinin sağlamlığının keşiyində dayanan tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 16 iyun 2020-ci il tarixli sərəncamı ilə "Tərəqqi” medalına layiq görülmüş Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsində həkim-cərrah Cəbrayıl Vəlizadəni təbrik edib. Təqdim olunan medalın onun əməyinə verilən qiymətlə yanaşı, Qazax səhiyyəsində çalışan bütün işçilərin əməyinə verilən qiymət kimi dəyərləndirib.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. 

Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun bariz nümunəsi olaraq martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Qeyd edib ki, hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan hər bir işçi bu əlamətdar hadisəni – yeni xəstəxananın istifadəyə verilməsini bu gün də minnətdarlıq hissi ilə qarşılayır. Mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar.

İcra başçısı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də danışıb. Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər sayəsində uğurlu nəticələrin əldə edildiyini vurğulayıb.

İcra başçısı bildirib ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaqdır.

Rayon rəhbəri qeyd edib ki, bu uğurun əldə edilməsində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə "əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.

İcra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlərin və tibb işçilərinin də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirdiklərini, vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən layiqincə gəldiklərini vurğulayıb.

Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova və Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov peşə bayramlarının bu cür yüksək səviyyədə qeyd olunmasına və tibb işçilərinə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə bütün tibb işçiləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan səhiyyəsinin onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında böyük nailiyyətlər qazandığını qeyd ediblər. Hər il müasir standartlara cavab verən səhiyyə ocaqlarının, xəstəxanaların tikilərək istifadəyə verilməsini bu sahədə olan inkişafın bariz nümunəsi kimi qiymətləndiriblər.



Sonra Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədovaya, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Konsultativ Poliklinika şöbəsinin müdiri vəzifəsini icra edən, sahə həkimi-terapevt Sultan İsayevaya, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim statisti Kavı Məmmədova, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Qazax Təcili Tibbi Yardım Stansiyasının şöbə müdiri, baş həkim əvəzi Əmirxan Mamedova, Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimova, Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin Cərrahiyyə şöbəsində həkim-cərrah brayıl Vəlizadəyə, Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin həkim-kardioloqu Mahirə Zeynalovaya, Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin baş tibb bacısı Nuriyyə Məmmədovaya, Qazax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Sevda Həsənovaya "17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və gül dəstələri təqdim olunub.

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov koronavirusla mübarizədə gərgin əmək sərf edən tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. Dövlətimizin, ölkə başçısının qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəlanın tez bir zamanda aradan qalxacağını qeyd edib və bu çətin işdə onlara bir daha uğurlar arzulayıb.










GOYEZEN.AZ



Facebook-da paylaş