Qazax: şikayət yerində araşdırılanda...
Respublika mətbuatı Qazax haqqında Havaların quraqlıq keçməsi kənd
təsərrüfatında suvarma suyuna olan tələbatı daha da artırır. Buna görə də su mənbələrində
olan adi bir nasazlıq bəzən hektarlarla sahənin lazımınca suvarılmasına
maneçilik törədir. Nəticədə kəndlinin əzab-əziyyətlə yetişdirdiyi məhsul zay
olmaqla yanaşı, adamların öz aralarında narazılıq yaranır, növbəlilik prinsipi
pozulur və sair. Lap elə Ağköynək və Qarapapaq kəndlərində olduğu kimi… Belə mübahisəli məsələləri, müəyyən
narazılıqları və şikayətləri əksər hallarda yerində yoxlayıb operativ tədbir
görməyi özünün iş üslubu seçən Rəcəb Babaşov bu dəfə adlarını çəkdiyimiz bir
qrup kənd sakininin müraciəti əsasında həmin kəndlərə gəlib. Anbardan gələn su
xəttində yaranmış problemin aradan qaldırılması ilə bağlı müraciətləri diqqətlə
dinləyən İcra Hakimiyyətinin başçısı məsələnin operativ həll olunması üçün
müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib. Rayon rəhbəri həmçinin mövcud
su mənbəyindən qənaətlə istifadə edilməsini, əkin sahələrinin suvarılması üçün
bütün imkanların maksimum səfərbər olunmasının vacibliyini də diqqətə çatdırıb. Xüsusilə indiki vaxtda, yəni suvarmanın belə qızğın çağında su itkisinə
yol verilməməsi tövsiyə olunub. Əkin sahələrinin növbəlilik prinsipi əsasında
suvarılmasına ciddi əməl olunması məsələsinə də toxunan rayon rəhbəri bu işdə
bir qayda-qanun, ciddi intizam yaradılmasının vacib olduğunu diqqətə çatdırıb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə
minnətdarlıq ediblər. Onlar qeyd ediblər ki, istənilən xahiş, müraciətin həllini
çox gözləməli olmurlar. Buna görə də dövlətə və dövlətçiliyə inam hissi çox
yüksəkdir. Hamlet QASIMOV, "Xalq qəzeti”nin bölgə müxbiri 17 iyun 2020-ci
il
Facebook-da paylaş