• Təqvim

  • Maraq



İcra başçısı “Dəmirçilər” arxında görülən işlərin mövcud vəziyyəti ilə tanış olub


Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet sahələrindəndir. Son illər ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstək ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verməkdədir. Neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olan aqrar sektor işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm əhəmiyyətə malikdir. 

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bütün sahələrlə yanaşı kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bunu ildən-ilə genişləndirilən əkin sahələri, xüsusilə də məhsuldarlığın artırılması əyani şəkildə sübut edir. Kənd təsərrüfatının inkişaf etdirilməsinin başlıca əsas səbəblərindən biri isə bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Rayonda bu sahədə də məqsədyönlü işlər görülür. Kənd sakinlərinin əkin sahələrini suvarmaları üçün əldə olan bütün səy və imkanlardan səmərəli istifadə olunur. Rayonun Dəmirçilər kəndində "Dəmirçilər” arxında görülən işlər də bunun bariz nümunəsidir.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyatı şəxslərlə birlikdə "Dəmirçilər” arxında görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

İcra başçısı arxda görülməsi nəzərdə tutulan işlərin və tapşırıqların icra vəziyyəti ilə yerində tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, bütün imkanlardan istifadə edilərək arx vasitəsilə kənd sakinlərinə suyun verilməsi artıq bərpa olunub.





GOYEZEN.AZ



Facebook-da paylaş