İcra başçısı “Dəmirçilər” arxında görülən işlərlə tanış olub
Son illər ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticəsini göstərməsi, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verməsi bu dediklərimizin əyani sübutudur. Neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olan aqrar sektor işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rola malikdir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsinin inkişafına böyük önəm verilir. Bunu ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artmasından da aydın şəkildə görmək olar. Kənd təsərrüfatının inkişaf etdirilməsinin başlıca əsas səbəblərindən biri isə bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Rayonda bu sahədə də məqsədyönlü işlər görülür. Kənd sakinlərinin əkin sahələrini suvarmaları üçün əldə olan bütün səy və imkanlardan səmərəli istifadə olunur. Rayonun Dəmirçilər kəndində "Dəmirçilər” arxında görülən işlər də bunun bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyatı şəxslərlə birlikdə"Dəmirçilər” arxında görülən işlərlə tanış olub.
Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı kənd sakinlərinin suvarma suyu ilə təmin olunması üçün arx vasitəsilə kəndə suyun verilməsini qısa bir vaxtda bərpa etmələrini bildirib. Bunun üçün bütün imkanlardan istifadə olunmasını qeyd edərək tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş