• Təqvim

  • Maraq



Qazax sakinindən ölkə başçısına növbəti minnətdarlıq məktubu


Əziz Prezidentimiz.

Apardığınız uğurlu daxili və xarici siyasətinizin nəticəsi olaraq Azərbaycan xalqı pandemiyanın yaratdığı müvəqqəti çətinliyin öhdəsindən gəlməkdədir. Sizin tapşırıq və tövsiyələrinizi yerinə yetirənlər indi bəhrəsini görürlər.

Bu günlərdə dövlətimizi, xalqımızı düşmüş olduğu çətin iqtisadi vəziyyətdən çıxardığınıza görə Sizə təşəkkür edirik.

Verdiyiniz fərman və sərəncamlar əsasında vətəndaşlarımıza maddi yardımlar olunaraq xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər danılmazdır. Bunlarla yanaşı, iqtisadiyyatın daha da inkişafı üçün hər gün hansısa layihəsinin tamamlanması, Sizin həmin müəssisə və ya obyektlərin açılışlarını etməyiniz bizdə fəxarət hissi doğurur.

Uca Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Məmmədov Telman Nizaməddin oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu, Birinci Şıxlı kəndi.

26 aprel 2020-ci il



Facebook-da paylaş