Xanlıqlar kənd sakinləri ölkə başçısına minnətdarlıq edirlər
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycanın iqtisadi və siyasi cəhətdən
qüdrətlənərək aparıcı dövlətlərlə bir sırada durması, neftdən asılılığın aradan
qaldırılması, insanların maddi rifah halının yüksəlməsi Sizin uzaqgörən, uğurlu
daxili və xarici siyasətinizin nəticəsidir.
Sizin gərgin əməyiniz nəticəsində ölkəmiz
qüdrətini gündən-günə artırır, adamlarımızın güzəranı daha da yaxşılaşır.
Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunun da mənzərəsi dəyişib,
hər tərəf gözəlləşib. Sevindirici haldır ki, yeni layihələr, abadlıq işləri
dayanmır, əksinə, daha vüsətlə inkişaf edir.
Bu günlərdə yaşadığımız Xanlıqlar kənd məktəbinə
gedən, həmçinin kəndarası yolların asfaltlaşdırılması sakinlərin, o cümlədən
məktəblilərin böyük sevincinə səbəb oldu. İşlərin qısa vaxtda keyfiyyətlə
görülməsi də razılıqla qarşılandı.
Cənab Prezident, görülən işlər Sizin
vətəndaşların problemlərinin həlli istiqamətində tapşırıqlarınızın bariz
nümunəsidir. Vətəndaşlara göstərilən diqqət və qayğıya görə Sizə
minnətdarlığımızı bildirir, uğurlu və işıqlı gələcək arzulayırıq.
Allah Azərbaycanımızın işıqlı gələcəyi naminə
Sizi və ailənizi qorusun!
Hörmətlə,
Hüseynxanova X.,
Həsənova D.,
Qurbanova Ş.,
Babayeva M.,
Məhərrəmova Ş. və başqaları (cəmi 38 nəfər).
Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi. 11 fevral 2020-ci il
Facebook-da paylaş