Qazaxda dezinfeksiya işləri davam etdirilir
Qazaxda gündəlik olaraq zəruri tibbi profilaktik və dezinfeksiya tədbirləri görülür. Belə ki, respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər rayonda olduğu kimi yerinə yetirilir. Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə prospekt və küçələrdə yerləşən çoxmənzilli yaşayış binalarında, binaların giriş və ətrafında, parklarda, ticarət və xidmət obyektlərində dezinfeksiya işləri mütəmadi olaraq aparılır.
Bu gün növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospekti 88-də yerləşən birmərtəbəli, 5 mənzilli; S.Vurğun küçəsi 10-da yerləşən birmərtəbəli, 9 mənzilli; 21-də yerləşən birmərtəbəli, 5 mənzilli; 41/43-də yerləşən birmərtəbəli, 5 mənzilli; 50/52-də yerləşən birmərtəbəli, 5 mənzilli; 54-də yerləşən birmərtəbəli, 6 mənzilli; 64-də yerləşən birmərtəbəli, 4 mənzilli; Ş.Xiyabanı küçəsi 23-də yerləşən birmərtəbəli, 6 mənzilli; 31-də yerləşən ikimərtəbəli, 3 bloklu, 16 mənzilli; Ş.Çobanov küçəsi 9-da yerləşən birmərtəbəli, 8 mənzilli; Ə.Dilbazi küçəsi 14-də yerləşən birmərtəbəli, 5 mənzilli; 26-da yerləşən birmərtəbəli, 5 mənzilli; M.P.Vaqif küçəsi 14-də yerləşən birmərtəbəli, 8 mənzilli; Azadlıq küçəsi 91-də yerləşən birmərtəbəli, 1 mənzilli, 95/97-də yerləşən ikimərtəbəli, 16 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində aparılıb.
Şəhərin Bakı, Əminə Dilbazi, Hüseyn Arif, Murtuz Carçıyev, Məmməd Əmin Rəsulzadə, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Nizami, Səməd Vurğun və Hacı Zeynalabdin Tağıyev küçələri isə maşın vasitəsilə dezinfeksiya edilib.
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ikinci dəfə dezinfeksiya olunan bütün ərazilər koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı və maşınla dərmanlanıb.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
Azadlıq küçəsi 91
Azadlıq küçəsi 95/97
Ə.Dilbazi küçəsi 14
M.P.Vaqif küçəsi 14
Ş.Çobanov küçəsi 9
S.Vurğun küçəsi 21
S.Vurğun küçəsi 54
S.Vurğun küçəsi 64
Ş.Xiyabanı küçəsi 31
Bakı küçəsi
Ə.Dilbazi küçəsi
H.Arif küçəsi
M.Carçıyev küçəsi
M.Ə.Rəsulzadə küçəsi
M.P.Vaqif küçəsi
M.V.Vidadi küçəsi
Nizami küçəsi
S.Vurğun küçəsi
H.Z.Tağıyev küçəsi
GOYEZEN.AZ
Facebook-da paylaş