Qazax Rayon İcra Hakimiyyəti indi kimlərə dəstək oldu?
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başladığı "Biz birlikdə güclüyük!” adlı xeyriyyə aksiyası davam edir.
Ölkə Prezdienti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, eləcə də digər həssas kateqoriyadan olan insanlara dəstək olmaqdır.
Hər birimiz üçün örnəyə çevrilən "Biz birlikdə güclüyük!” şüarı altında həyata keçirilən xeyriyyə kampaniyasında Qazax Rayon İcra Hakimiyyəti tərəfindən ilk öncə rayonun daim atəş altında olan, sərhəddə yerləşən Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində yaşayan 516 ailəyə dəstək olundu.
Daha sonra rayon rəhbərliyinin diqqət və qayğısını hər an hiss edən Qarabağ müharibəsi əlilləri, Çernobl əlilləri və hərbi xidmət əlilləri yad olundu. Şəhərdə və kəndlərdə yaşayan 425 nəfər Qarabağ müharibəsi əlilinə, Çernobl və hərbi xidmət əlilinə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylandı.
Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən, onlardan diqqət və qayğısını əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov belə çətin anda da onların yanında olduğunu bir daha nümayiş etdirdi.
Qayğıya ehtiyacı olan aztəminatlı ailələr də diqqətdən kənarda qalmadı. Dünən Kosalar kəndində 252, Yuxarı Salahlı kəndində 158, bu gün isə Hüseynbəyli kəndində 59, Dəmirçilər kəndində 42, Ürkməzli kəndində 34 olmaqla, 545 ailəyə dəstək olunması dövlətin vətəndaşına olan qayğısının əyani təzahürüdür.
Aztəminatlı ailələrə "Gənc Könüllülər” və aidiyyatı şəxslər tərəfindən gündəlik tələbatlarını ödəyəcək ərzaq məhsullarından ibarət sovqatların çatdırılması ölkə başçısının, rayon rəhbərliyinin hər zaman vətəndaşının yanında olması deməkdir.
Özündə birliyi, həmrəyliyi, dövlət qayğısını əks etdirən "Biz birlikdə güclüyük!” şüarı altında həyata keçirilən xeyriyyə aksiyasını razılıq hissi ilə qarşılayan sakinlər bu nəcib təşəbbüsü yüksək qiymətləndiriblər. Onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Kosalar kəndi
Yuxarı Salahlı kəndi
Dəmirçilər kəndi
Ürkməzli kəndi
GOYEZEN.AZ
Facebook-da paylaş