Anews.az saytında Qazaxla bağlı yayılan məqalədə yazılanlar həqiqəti əks etdirmir
anews.az saytında həqiqəti əks etdirməyən və Qazax
Rayon İcra Hakimiyyəti ilə dəqiqləşdirilməmiş "Qazax rayon
icra hakimiyyəti evində yeməyə çörəyi olmayan vətəndaşa kömək etmir” başlıqlı
məqalə paylaşılmışdır. Məqalədə Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Vəzir Eminovun verdiyi
qeyri-obyektiv və qərəzli məlumata istinadən guya ki, rayon icra
hakimiyyəti tərəfindən imkanlı ailələrə yardım göstərilməsi, V.Eminovun icra
hakimiyyətində qəbulda olması və ona yardım edilməməsi qeyd olunur. Qazax Rayon İcra Hakimiyyəti bildirir ki, Vəzir Eminov RİH-də qəbulda olmamış, yazılı və şifahi müraciət etməmiş, qeyd
olunanlar tamamilə şər və böhtandır. Rayonda yaşayan sosial cəhətdən aztəminatlı
ailələr daim diqqətdə saxlanılır və sosial bərabərsizliyi göstərən hər hansı
fakt ola bilməz. Qərəzli məlumatlar paylaşan sözügedən saytın diqqətinə
çatdırmaq istəyirik ki, Vəzir Eminov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan
atma) və 221.1-ci maddəsi (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə
pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq
edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi
ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə 2 il müddətinə azadlıqdan mərhum
edilmişdir. anews.az saytına bildiririk ki, ölkəmizdə
mövcud xüsusi karantin rejimi dövründə ictimaiyyətdə çaşqınlıq yarada biləcək
bu qəbildən olan informasiya təkzib olunmayacağı təqdirdə Qazax Rayon İcra
Hakimiyyəti tərəfindən Məhkəməyə müraciət ediləcəkdir. GOYEZEN.AZ
Facebook-da paylaş