• Təqvim

  • Maraq



Qazaxda Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə bayram sovqatları paylanılıb


Bu gün hər kəsə yaxşı məlumdur ki, 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Fondun əlamətdar bayramlarda aztəminatlı ailələri sevindirməsi isə artıq bir ənənə halını alıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

Heydər Əliyev Fondu tərəfindən hər il həyata keçirilən bu layihə aztəminatlı ailələr üzrə dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır. Layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib.

Bu layihə çərçivəsində Qazax rayonu üzrə 324 ünvanlı sosial yardım alan ailə bəhrələnib. Bu gündən başlayaraq müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları aztəminatlı ailələrə çatdırılıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş