• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb


Hər kəsə yaxşı məlumdur ki, son 4 ildir ki, cənab Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da ön plana çəkilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu siyasəti Qazaxda olduğu kimi həyata keçirməsi, mütəmadi olaraq rayon sakinləri ilə görüşməsi, onları narahat edən məsələləri öz dillərindən eşitməsi, vətəndaşlara göstərilən diqqət və qayğı ilə maraqlanması vətəndaş amilinin daim diqqət mərkəzində olması deməkdir.

Bu gün icra başçısı Rəcəb Babaşov rayonda fəaliyyət göstərən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsində olub. Rayon rəhbəri işçiləri qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Onlar üçün yaradılan mövcud şəraitlə yerində tanış olub, müraciət edən vətəndaşlara olan münasibətlə, göstərilən xidmət formaları ilə maraqlanıb.

Şöbənin rəisi Laçın Qurbanov qeyd edib ki, bu gün ölkə başçısının vətəndaşlara olan səmimi münasibəti, onlara olan diqqət və qayğısı bizim işimizin də əsas hissəsini təşkil edir. Müraciət edən hər bir vətəndaşa qayğı göstərilir, etdikləri bütün müraciətlərə həssaslıqla yanaşılır.  

İşçilərlə səmimi söhbət edən icra başçısı müvafiq tapşırıq və tövsiyələrini də verib.


 

GOYEZEN.AZ



Facebook-da paylaş