Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Respublika Prezidenti cənab İlham Əliyevin
yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili
Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərliyi tərəfindən son 3
ildə sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə,
qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və
müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar bunu söyləməyə əsas
verir. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup vətəndaşı
ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Hüseynbəyli kənd sakini Sadiqi Pərviz Rza oğlunun
torpaq məsələsi ilə bağlı istəyinə cavab olaraq aidiyyatı üzrə müraciət etməsi bildirilib.
İşlə bağlı müraciətinə isə "Saloğlu” fərdi mebel fabrikində müvafiq iş təklif
olunub. İcra başçısı könüllülərdən İbrahimova Pəri Vidadi qızını, Abbasov Şəhadət
Əsəd oğlunu və Hüseynova Ləman Bağır qızını da ərizələrinə əsasən qəbul edib. Rayon rəhbəri əvvəlcə gəncləri Respublika Prezidentinin 30 dekabr
2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan elan
olunması münasibətilə bir daha təbrik edib, səmimi arzularını çatdırıb. Ulu Öndər Heydər Əliyevin gənclər haqqında söylədiyi "Gənclər bizim gələcəyimizdir”
kimi dəyərli fikrə bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hər zaman xüsusi həssaslıqla
yanaşıldığını, ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait
yaradıldığını bildirib. Məhz 2020-ci ilin "Könüllülər ili” elan edilməsini gənclərə
olan qayğının bariz nümunəsi kimi qeyd edib. Sonra icra başçısı gənclərin fiziki imkanları məhdud olan və fərdi təhsilə
cəlb olunan uşaqlarla, şəhər mərkəzindən ucqar kəndlərdə yaşayan rayon gənclərinin
Qazaxın gəzməli, görməli yerlərinə ekskursiyalarının təşkili, könüllülərin
rayonun ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində yaxından iştirakının təmin
olunması və s. bağlı fikir və təkliflərini dinləyib. Gənclərlə səmimi söhbət aparan, onlar tərəfindən səsləndirilən fikirləri
maraqla qarşılayan rayon rəhbəri söylənilən hər bir təklifə həssaslıqla
yanaşılacağını və hər zaman dəstək olunacağını bildirib. Sözün əsl mənasında 2020-ci
ilin "Könüllülər ili” kimi qazaxlı gənclərin yaddaşına xoş xatirələrlə zəngin,
eləcə də məhsuldar bir il olaraq yazılacağını vurğulayıb və bu yolda onlara
uğurlar arzulayıb. Gənclər ürək sözlərini bildirərək ölkə başçısının və rayon rəhbərinin
onlara olan diqqət və qayğısını hər an hiss etdiklərini vurğulayıblar. Göstərilən
diqqət və qayğıya, ən əsası da səmimi münasibətə görə minnətdarlıqlarını
çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş